Prezident Sercio Mattarella: İtaliya radikalizmdən doğan təhlükələrə qarşı Azərbaycanın gördüyü işləri dəstəkləyir

İyulun 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasında rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə görüşüb.
 
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete və Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının nümayəndəsi Mifodiy Efendiyev də iştirak ediblər. 
Görüşdə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğu vurğulandı, ölkəmizdə bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığı qeyd edildi. Allahşükür Paşazadə Azərbaycan ilə İtaliya arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirdi. 
Şeyxülislam qeyd etdi ki, Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin qurulmasında nümunəvi ölkə kimi tanınır, respublikamızda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa olunur və yeniləri inşa edilir. Bu işə dövlət fəal dəstək verir. Ölkəmizdə bütün dinlərin nümayəndələri üçün hərtərəfli şərait yaradılıb və dini abidələrə xüsusi qayğı ilə yanaşılır.
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və ölkəmizdəki dini icmaların nümayəndələri ilə görüşündən məmnunluğunu vurğuladı. Prezident qeyd etdi ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər çox yüksək səviyyədədir, bütün sahələrdə əməkdaşlığın daha da inkişafı üçün ardıcıl işlər görülür. 
Prezident Sercio Mattarella İtaliyanın Azərbaycanın dünyəviliyini və dini tolerantlığa olan hörmətini yüksək qiymətləndirdiyini xüsusi vurğuladı. O, radikalizmdən doğan təhlükələrə qarşı Azərbaycanın gördüyü işləri İtaliyanın dəstəklədiyini dedi.
Görüşdə Azərbaycan ilə İtaliya arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında