Bu il 702 yaşayış məntəqəsini əhatə edən 2051 kilometrlik avtomobil yolu yenidən qurulacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində ­2018-ci ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.
 
Agentlikdən verilən məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, ölkə başçısının sədrliyi ilə 2018-ci il 10 yanvar tarixində keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev iqtisadiyyatın bütün sahələri ilə yanaşı, respublikanın avtomobil yollarında yerinə yetirilən işlərdən də danışıb, 500 məntəqəni əhatə edən 1300 kilometr uzunluğunda yol salındığını, bunun çox böyük göstərici olduğunu xüsusi olaraq vurğulayıb. O, dövlət başçısının 2018-ci ildə dövlət agentliyinin kollektivi qarşısında ən azı 600 kəndi əhatə edəcək 2000 kilometrdən artıq avtomobil yolu çəkilməsi kimi çox məsuliyyətli tapşırıq qoyduğunu qeyd edib.
Saleh Məmmədov vurğulayıb ki, prezident İlham Əliyevin tapşırığının icrası ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci il üçün tərtib edilmiş tədbirlər planına əsasən, uzunluğu 415,2 kilometr olan respublika əhəmiyyətli 11, Bakı şəhəri üzrə uzunluğu 107,8 kilometr olan 13 və uzunluğu 1527,8 kilometr olan 67 kəndlərarası avtomobil yolu və 2 körpünün bərpası, Sumqayıt şəhərində 2 prospekt və 2 küçənin yenidən qurulması və Bakı şəhərində 5 ədəd piyada keçidinin tikintisi layihəsinin yerinə yetirilməsi nəzərdə tutulub.
İdarə heyətinin sədri Saleh Məmmədov əlavə edib ki, bu layihələrin həyata keçirilməsi nəticəsində 702 yaşayış məntəqəsində yaşayan 2,7 milyon nəfər əhalinin 2050,8 kilometr uzunluğunda rahat  avtomobil yollarından istifadə edilməsi təmin olunacaq. Bundan əlavə, dövlət başçısının tapşırığı ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə də başlanılıb, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2018-ci ilin 6 ayı ərzində uzunluğu 463,8 kilometr olan avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub, ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 7 körpü təmir olunub.
İclas zamanı qeyd olunub ki, ümumilikdə 2018-ci ilin 6 ayı ərzində cənab Prezidentin imzaladığı sərəncamlara uyğun olaraq, respublikanın 17 rayonunda 23 layihə, o cümlədən 2 respublika əhəmiyyətli, 17 kəndlərarası, 1 Bakı şəhərinin qəsəbələrarası, 1 tunel tipli yol qovşağı və Sumqayıt şəhərində 2 avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri artıq başa çatdırılıb.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında