“Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti”

İyulun 16-da Ağsuda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
 
Rayon ictimaiyyətinin, dindarların, təhsil işçilərinin, QHT və KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor  İsaxan Vəliyevin mövzu ilə bağlı məruzəsi dinlənilib. O, dini radikalizmin hər hansı bir ölkənin sabitliyinə, inkişafına təhlükə olduğunu vurğulayaraq buna qarşı birgə mübarizənin zəruriliyini vurğulayıb. Qeyd olunub ki, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilməsi, bu istiqamətdə keçirilən beynəlxalq tədbirlər nəinki İslam ölkələrinin, həm də İslamda olan müxtəlif təriqətlərin, habelə dünyada  mövcud olan səmavi dinlərin həmrəyliyinə bir çağırış idi.
İ.Vəliyev bu gün sabitliyin hökm sürdüyü, dinamik inkişaf edən Azərbaycanı gözü götürməyən, ölkəni xaos, qarşıdurma meydanına çevirmək istəyən bir sıra xarici qüvvələrin olduğu bir şəraitdə ayıq-sayıq olmağın, bir yumruq kimi birləşməyin vacibliyini vurğulayıb. Bildirilib ki, zorla öz ideologiyasını qəbul etdirməyə çalışan dini radikalizmə, ekstremizmə qarşı mübarizə Azərbaycan qanunlarında aydın təsbit olunub. Ölkəmizdə dini ekstremizm fəaliyyəti ilə məşğul olan şəxslər cinayət məsuliyyətinə cəlb edilir.
Məruzədə din-dövlət münasibətləri, dini etiqad azadlığı, dini ayinlərin icrası və sair məsələlər geniş şərh olunub.
Sonra tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, icra hakimiyyəti başçısı aparatının məsul işçisi Mirqubat Orucov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Nurəddin İslamov, rayon veteranlar təşkilatının sədri Cəmaləddin Zeynalov çıxış ediblər.
Çıxışlarda ölkəmizdə dini təriqətlər arasında tarazlıq yaradan siyasətin yürüdüldüyü, dinlər arasında heç bir fərqin qoyulmadığı bir vaxtda İslam pərdəsi altında terrorçuluqla məşğul olmağın Azərbaycan dövlətinin Konstitusiya hüququnun əsaslarının sarsıdılmasına yönəldilən ekstremist hərəkət olduğu bildirilib. Azərbaycanın dünyəvi dövlət olduğu diqqətə çatdırılaraq qeyd edilib ki, xalqımız məkrli niyyətlərini dindən istifadə edərək reallaşdırmağa çalışan radikal ünsürlərə qarşıdır.
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında