BVF Türkiyə iqtisadiyyatının 2019-cu ildə 3,9 faiz artacağını proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondunun (BVF) təhqiqat şöbəsinin müdiri Jan Mariya Milezi-Feretti “Anadolu” agentliyinə fondun “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı son hesabatını şərh edərkən bildirib ki, 2018-ci ildə Türkiyə iqtisadiyyatının artım sürəti 4,2 faiz, gələn il isə 3,9 faiz təşkil edəcək.
 
Qeyd edək ki, Türkiyə dövlətinin ölkə iqtisadiyyatına fəal dəstəyi nəticəsində 2017-ci ildə qardaş ölkədə iqtisadi inkişaf sürəti 7,4 faiz olub. BVF-nin nümayəndəsinin sözlərinə görə, iqtisadiyyatları sürətlə artan ölkələr üçün dörd faiz heç də pis göstərici deyil. Belə ki, qlobal bazarlarda bir sıra neqativ tendensiyalar hələ də davam edir. 
Jan Mariya Milezi-Ferettinin fikrincə, Türkiyə iqtisadiyyatının inkişafının 2017-ci illə müqayisədə azalması təbii qəbul olunmalıdır. Belə ki, dünya bazarlarında son vaxtlar neftin qiyməti yüksəlib və milli valyuta – lirənin dəyəri aşağı düşüb. 
Xatırladaq ki, bu ilin aprelində BVF mütəxəssisləri Türkiyənin iqtisadi artım sürətini 2018-2019-cu illər üçün, müvafiq olaraq, 4,4 və 4 faiz civarında proqnozlaşdırmışdılar. 
Jan Mariya Milezi-Feretti hesab edir ki, Türkiyədə bu il ümumi daxili məhsulun 4 faiz artması bu ölkədə inflyasiya göstəricilərinin azalmasına səbəb olacaq. 
 
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında