ABŞ Prezidenti: Mən istəyirəm ki, nüvə silahından istifadə olunmasın

ABŞ Prezidenti Donald Tramp Rusiyanı güclü iqtisadi rəqib hesab etmir və onu ABŞ-ın düşməni adlandırmaq istəmir. Bu barədə o, “Fox News” telekanalına müsahibəsində deyib. Məlumatı TASS verib. 
 
Tramp ABŞ və Rusiyanın taleyinə tarixi düşmənçilik yazılması ilə bağlı suala belə cavab verib: “Onların (Rusiya) güclü hərbi qüvvələri var, ancaq iqtisadiyyatları Çindən dəfələrlə kiçikdir. Mən hətta rəqib ifadəsini işlətməzdim. Biz yola gedə bilərik, hamı bir-biri ilə yola gedə və sülh şəraitində yaşaya bilər”. 
ABŞ Prezidentinin sözlərinə görə, İkinci dünya müharibəsi zamanı Rusiya 50 milyon insan itirib. “Amma müharibədə qalib gəlməkdə bizə kömək edib, Rusiya bizə real kömək edib. Mən Rusiyanın xeyrinə və kiminsə əleyhinə danışmıram, istəyim yalnız odur ki, ölkəmiz təhlükəsizlikdə olsun. Mən istəyirəm ki, nüvə silahından istifadə olunmasın və insanlar bu barədə, ümumiyyətlə düşünməsinlər. Hesab edirəm ki, bu, çox vacibdir”. 
Tramp xatırladıb ki, ABŞ və RF dünyadakı nüvə silahlarının 
90 faizinə nəzarət edirlər. “Ona görə də Rusiya ilə yola getmək pis iş deyil, yaxşı işdir”.
O, bir daha təkrar edib ki, NATO ölkələri müdafiə xərclərini artırmalı və Vaşinqtonun maliyyə dəstəyinə ümid etməməlidir: “Üç-dörd gün əvvəl onlara dedim ki, ödəniş etmək lazımdır. Biz Avropanın müdafiə xərclərinin ­70-90 faizini ödəyirik. Biz bu 90 faizi ödəməyəcəyik. Bundan əlavə, Avropa İttifaqı ticarətdə də bizi boğur, keçən il bizə 151 milyard dollar ziyan vurub”. 
Ağ ev başçısı Çinin son bir neçə ildə iqtisadi sahədə qazandığı uğurlardan da danışıb. “Bütün bunlar ABŞ-ın sabiq rəhbərliyinin yaramaz siyasəti üzündən baş verib. Biz onlara milyardlarla dollar qazanmağa imkan vermişik, indi isə ABŞ və Çinin mövqelərini yaxınlaşdırmağa çalışırıq. 2016-cı il seçkilərindən bəri var-dövlətimizi 7 trilyon dollardan çox artırmışıq”. 
Onun sözlərinə görə, Çinin iqtisadiyyatı ABŞ-dan sonra dünyada ikinci yeri tutur. 
Qeyd edək ki, Tramp iyulun 16-da Rusiya Prezidenti ­Vladimir Putinlə görüşdən sonra “Fox News”ə ikinci müsahibəsini verib. 
 
Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında