Süni zəka ilə bağlı proqnoz

İngiltərənin “PwC” tədqiqat şirkəti süni zəkanın cəmiyyətə təsiri ilə bağlı proqnoz verib. Tədqiqatçılar süni zəkanın iş yerlərinin sayını azaltsa da, yeni iş yerlərinin açılmasına şərait yaradacağını güman edirlər. Bu barədə “Webtekno.com” saytı xəbər verib.
 
Məlumata görə, süni zəkaya malik robotlar daha çox elm, təhsil, informasiya texnologiyaları və texniki sahələrdə tətbiq ediləcək. Məsələn, tibb işçilərinin 12 faizi robotlarla əvəzlənəcək, lakin tibb sektorunda yeni iş yerlərinin sayı ümumilikdə 34 faiz təşkil edəcək. Ekspertlərin fikrincə, süni intellektin maliyyə sektorunda, pərakəndə satış, tikinti, dövlət idarəçiliyi və digər sahələrdə iş yerlərinin azalmasına təsiri nisbətən zəif olacaq. 
Əfsanə ƏHƏDLİ, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında