Yaponiyada isti hava 12 nəfərin həyatına son qoyub

Yaponiyanın mərkəzində və qərbində isti hava şəraiti nəticəsində 12 nəfər ölüb. On minədək insan isə günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
 
TASS-ın məlumatına görə, ölənlərin və xəsarət alanların əksəriyyəti yaşlı adamlardır. Onlar açıq havada çox olmuş və evdə kondisionerləri işlətməmişlər.
Qifti prefekturasında 39 dərəcə isti qeydə alınıb. Paytaxt Tokioda isə havanın temperaturu 33-34 dərəcə təşkil edir.
Xatırladaq ki, bir neçə gün əvvəl Yaponiyada baş vermiş daşqın və torpaq sürüşməsi nəticəsində 220 nəfər həlak olmuş, 20 nəfər isə itkin düşmüşdür.
 
 Qəzənfər QASIMOV, 
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında