Kaliforniyada meşə yanğınları davam edir

ABŞ-ın ən böyük ştatı olan Kaliforniyada meşə yanğınları 1 nəfərin həyatına son qoyub, 5 min 260 hektardan çox sahə külə dönüb. Bu barədə “Reuters” xəbər verib.

Mənbə qeyd edir ki, əraziyə çoxlu sayda yanğınsöndürən cəlb edilsə də, meşə yanğınları səngimir. Yosemit Milli Parkı yaxınlığında tüğyan edən alov 1 yanğınsöndürənin həyatına son qoyub. Daha 2 yanğınsöndürənin xəsarət aldığı bildirilir. Yanğının cəmi 5 faizini nəzarətə almaq mümkün olub. Fəlakət zonasında 100-dən artıq tikili yanma təhlükəsi ilə üzləşib. Sakinlərə təxliyə olunmaq tövsiyə edilib. Meşə yanğınları səbəbindən bir neçə yol bağlanıb. Havanın temperaturunun yüksək olması alovla mübarizəni daha da çətinləşdirir.

Elçin ABBASOV,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında