Suriyada hava zərbələri nəticəsində mülki şəxslər həlak olub

TASS informasiya agentliyinin məlumatına görə, Suriya ordusu ölkənin cənubundakı Dera əyalətində əməliyyatları davam etdirir. Bildirilir ki, Suriya Hərbi Hava Qüvvələrinin Nəva şəhərinə endirdiyi intensiv hava zərbələri nəticəsində onlarla mülki şəxs həlak olub və yaralanıb. Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun məlumatına görə, şəhərdəki xəstəxanaya da ciddi ziyan dəyib və xəsarət alanlara tibbi yardımın göstərilməsi çətinləşib. Tələfatın artacağı istisna olunmur.  Qeyd edilir ki, 100 mindən çox insanın yaşadığı Nəva Dera əyalətində üsyançı qruplaşmaların nəzarətində qalan ən böyük şəhərdir.  Suriya ordusu bir müddət əvvəl əyalətin inzibati mərkəzi Dera şəhərini silahlılardan təmizləmişdi. 

Elçin ABBASOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında