“Qorxma, Sönməz Bu Şəfəqlərdə Üzən Al Sancaq”

Bu gün Bakı Yunus Əmrə İnstitutu və İLESAM Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə 15 İyul 2006-cı ildə Xain Çevriliş Cəhdinə həsr olunan “Qorxma, Sönməz Bu Şəfəqlərdə Üzən Al Sancaq” adlı konfrans keçirildi.

Öncə tədbir iştirakçıları Türkiyənin 15 İyul şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndi.

15 İyul  Türkiyənin Ankara və İstanbul şəhərlərində baş vermiş hadisələrə dair video-film nümayiş etdirildi.

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özaral, Milli Məclisin deputatı Hikmət Babaoğlu, İLESAM Genel Başqanı Mehmet Nuri Parmaksız   çıxış edərək 15 iyul 2016-cı il tarixdə Türkiyənin Ankara və İstanbul şəhərlərində eyni vaxtda FETO terror qruplaşması tərəfindən çevriliş cəhdi həyata keçirməyə çalışmış xainlərə  qarşı türk əsgərlərinin mətinliklə döyüşməsi, xalqın və milli iradənin gücü ilə Vətəni və xalqı qorumaları, onların yekdilliyi ilə həmin gecədə şanlı qələbə qazanılması, Türkiyənin adını bir daha tarixə yazdırması, baş vermiş çevriliş cəhdi zamanı şəhid olmuş soydaşlarımızın böyük coşqu ilə yad edilməsi və Türk əsgərinin Vətən və xalq uğrunda mübarizliyi və qəhrəmanlığından   söz açdılar.

Bakı Yunus Əmrə İnstitutunun salonunda əllərində Türkiyə Respublikasının Dövlət bayraqlarını dalğalandıran konfrans iştirakçıları qarşısında Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı, şair-jurnalist Xəyal Rza  böyük türk şairi Mehmet Akif  Ersoyun məşhur “İstiqlal Marşı” şerini bədii qiraət etdi.

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri, dosent Cihan Özdemir 15 İyulda Türkiyədə baş vermiş çevriliş cəhdi zamanı şəhid olmuş soydaşlarımızın əziz və unudulmaz xatirəsinin  yad edilməsi məqsədilə  keçirilən tədbirin Vətən, millət. milli birlik naminə mühüm  əhəmiyyətini qeyd etmiş, konfransa yekun vurmuşdur.

Afət Sadıqoğlu,
”Xalq qəzeti”

                                                                                             


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında