“AXC-100 işığında: MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi" təqdim edildi

AMEA Milli Elmi Kitabananın media ilə uğurlu əməkdaşlığı var və bu əməkdaşlıq daha da gücləndiriləcək. Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 22 iyul Milli Mətbuat Günü münasibəti ilə "AXC-100 işığında: MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi" adlı tədbirdə MEK-in direktoru Leyla İmanova bildirib. Tədbiri giriş sözü ilə açan MEK-in direktoru son dövrlər MEK-də görülmüş işlər barədə məlumat verib və MEK-in milli mətbuat ilə informasiya resurslarının birləşdirilməsi, "təhlükəsiz informasiya" prinsiplərinin formalaşdırılması məsələsindən söhbət açıb. O bir sıra mətbu orqanlarla razılığa gələrək onların elektron versiyalarının MEK-in bazasına daxil edilərək oxucuların ixtiyarına verildiyini vurğulayıb. 

Azərbaycana aid informasiyanın kontent və texniki təhlükəsizliyinin təmin edilməsini, elmi cəhətdən etibarlı istinad yeri olan informasiya bazasının yaradılmasını təklif edən natiq bununla bağlə işlərin davam etdiriləcəyini vurğulayıb: "Sayt rəhbərləri bizə müraciət edərkən bildirirlər ki, 10 il əvvəl saytda gedən materialı arxivdən əldə edə bilmirlər. Yaxud saytın administratoru artıq Azərbaycanda fəaliyyət göstərmir. Ona görə də sizin arxiv və fondları sığortalamaq üçün onları sistemləşdirilmiş şəkildə araşdırıcılarımızın istifadəsinə vermək üçün, eyni zamanda fondlarını zənginləşdirmək üçün təklif edirik ki, fondlarımızı birləşdirək.”

O, həmçinin  informasiyanın tam təhlükəsizliyinin aktuallığını nəzərə alaraq,  etibarlı, elmi cəhətdən tarixi və mədəni abidələrin sənədlərinə əsaslanan rəqəmsal baza yaradılmasını təklif edib. “ MEK həm də təhlükəsiz informasiya prinsiplərini də formalaşdırmağı təklif edir. Bu prinsipləri bütün KİV-lər sosial şəbəkələrdə, saytlarda Azərbaycan barədə gedən məlumatları yerləşdirən qurumlara tələb kimi irəli sürətlə icrasına nəzarət edək. Bu təkliflərə media qurumları tərəfindən dəstək gözləyirik"—deyə MEK direktoru Leyla İmanova vurğulayıb.

Sonra çıxış edən MEK-in Sərbəst elektron resursları iş şöbəsinin əməkdaşı Gülarə Səbzəliyeva Azərbaycan Milli Mətbuatının yaranmasının 143 illiyi ilə bağlı AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən redaktə edilmiş məqalələr haqda geniş məlumat verib. Onun sözlərinə görə, könüllülər tərəfindən indiyə kimi 143 məqalə yerləşdirilib və əsaslı şəkildə redaktə edilib.

MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü MEK-in media üçün hər il keçirilməsi nəzərdə tutulan yeni layihəsi barədə geniş məlumat verib və bildirib ki, bu, MEK-in 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş  təşəbbüsüdür: "MEK Azərbaycan dövlətçiliyinin maraqları baxımından strateji hədəf olan informasiya təhlükəsizliyini təmin edən, milli ruh və milli yaddaşın formalaşmasına töhfə verən, eyni zamanda milli dəyərləri, Həsən bəy Zərdabi ənənələrini təbliğ edən, mətbuat haqqında qanunlara və jurnalist etikasına söykənən media qurumlarını və müəllifləri ictimaiyyətə təqdim edəcək. Ənənə xarakteri daşıyacaq layihənin ilk mərhələsi 2018-ci il 1 sentyabr - 30 noyabr tarixini əhatə edəcək. Layihə şərtlərinə cavab verən media qurumları və jurnalistlər MEK tərəfindən mükafatlandırılacaq".—deyə o əlavə edib.

Daha sonra Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli media və MEK-in əməkdaşlığı barədə danışıb: "Azərbaycan jurnalistləri həm qələmləri, həm canları ilə çalışıb, Azərbaycanın ikinci dəfə müstəqilliyə əldə etməsində yaxından iştirak ediblər. Son hadisələr zamanı Azərbaycan mediasının sərgilədiyi mövqe hamımıza bəllidir. Azərbaycanda sabitliyin qorunmasında, ictimai rəyin formalaşmasında Azərbaycan mediasına təşəkkür düşür. Bu da həm vətəndaşlar, həm də ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir".

Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) İdarə Heyətinin üzvü Ramiz Əskər MEK-in gördüyü işləri təqdir edib və onun media ilə səmərəli əməkdaşlığının davamlı olmasını arzulayıb.

Tədbirin sonunda MEK-in innovativ fəaliyyətini obyektiv işıqlandıran, fərqləndirilmiş media qurumlarına,o cümlədən “Xalq qəzeti”nə  təşəkkürnamə və onun əməkdaşına kitabxananın 1 illik oxucu kartı təqdim edilib.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında