Hikmət Hacıyev Azərbaycan əleyhinə əsassız kampaniya aparan media təşkilatlarını tənqid edib

“Bəzən ATƏT məkanında təşkilata üzv ölkələrin ərazisində fəaliyyət göstərən bir sıra təşkilatlar media azadlığı adı altında üzv dövlətlərə qarşı konkret dezinformasiya və təbliğat kampaniyası aparır”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Tbilisidə keçirilən 15-ci “Cənubi Qafqaz media konfransı”nda müzakirələr zamanı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

O bildirib ki, belə təşkilatlardan biri də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsidir.

Konfransda iştirak edən layihə nümayəndəsinə müraciət edən H. Hacıyev qeyd edib ki, bu təşkilat 2017-ci ilin payızında  Azərbaycana qarşı “laundromat” adı altında tamamilə əsassız materiallar hazırlayıb: “Həmin materiallarda hər hansı araşdırma və fakt ortaya qoyulmadan Azərbaycan əleyhinə kampaniya aparılıb. Biz bunu bilavasitə “soyuq müharibə” dövrünü xatırladan informasiya kampaniyası kimi qiymətləndiririk”.

XİN sözçüsü ATƏT məkanında bu cür media təsisatlarının fəaliyyətinin təəssüf doğurduğunu vurğulayıb: “Hesab edirik ki, ATƏT-in Media azadlığı ofisi bu cür təşkilatlara üzv ölkələrdə bu kimi fəaliyyət aparmasına imkan verməməlidir. Təəssüf doğuran məqam odur ki, bu cür təşkilatları maliyyələşdirənlər arasında ATƏT-ə üzv ölkələr də var”.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin nümayəndəsi H. Hacıyevin dediklərinə münasibət bildirməyib.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında