Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Türkiyədə beynəlxalq konqresdə iştirak edib

science.gov.az saytından verilən xəbərə görə, 12-15 iyul 2018-ci il tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində “Beynəlxalq Avrasiya təbii qidalanma və sağlam həyat” beynəlxalq konqresi keçirilib.  

Dünyanın müxtəlif ölkələrindən tanınmış alimlərin qatıldığı konqresdə qida təhlükəsizliyi, əkinçilik, üzvi istehsal, sağlam həyat və digər mövzularda müzakirələr aparılıb.

Beynəlxalq tədbirdə ölkəmizdən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev iştirak edib.  O, konqresin üçüncü günü "Azərbaycanda torpağın münbitliyinin qorunmasında yerli tullantılardan istifadə" adlı məruzə ilə çıxış edib.

Ə.Quliyev bildirib ki, torpaqların münbitliyini qorumaq və bərpa etmək üçün müasir dünyada geniş tətbiq olunan üsullardan biri də şəhər və məişət tullantılarının ilk emalından sonra kənd təsərrüfatında utilizasiyasıdır. Hazırda dünyanın 50-dən çox ölkəsində çirkab sularından və şəhərin kanalizasiya tullantılarından kənd təsərrüfatında istifadə edildiyini deyən alim rəhbərlik etdiyi institutda üzvi gübrələrin alınması, istifadəsi üzərində elmi-tədqiqat işlərinin aparıldığını bildirib. 

Məruzə konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb.        

İsaq Əmənullayev 
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında