Düşmən heç vaxt istəyinə nail ola bilməyəcək

Dünyanın ən təhlükəsiz ölkələrindən biri olan Azərbaycan mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi bir bölgədə yerləşməsinə baxmayaraq, burada insanlar əmin-amanlıq şəraitində yaşayırlar, vətəndaşların təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir.
 
Azərbaycan Respublikasının qısa müddət ərzində mühüm beynəlxalq layihələri uğurla reallaşdırması, regional oyunçu kimi nüfuz qazanması, dini və milli tolerantlığın, sivilizasiyalararası dialoqun mərkəzinə çevrilməsi, təəssüf ki, İslamın müqəddəs dəyərlərini qondarma dini-siyasi ideologiya predmetinə çevirən, feodal qanunları ilə idarə olunan bəzi dövlətləri, onların himayəsində olan radikal ekstremist dini qrupları qane etmir. Onlar Azərbaycanın konstitusiyalı quruluşunu, dövlət idarəçiliyi modelini özlərinə təhlükə görürlər. Ona görə də respublikamızda qarşıdurma yaratmağa, ixtişaşlar törətməyə, bununla da dövlətimizin sütunlarını sarsıtmağa çalışırlar. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı həyata keçirilən terror aktı, burada kəsici-deşici alətlərlə silahlanmış radikal dini ekstremist ünsürlərin sabitliyi pozmağa cəhd göstərməsi, ictimai asayişi, vətəndaşların təhlükəsizliyini qoruyan iki polis zabitinin qətlə yetirməsi bunu bir daha təsdiqləyir.
Azərbaycanda sabitliyi pozmağa cəhd hallarının qarşısı bundan sonra da qətiyyətlə alınacaq. Azərbaycan Prezidenti İlham Əliyev respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda bu fikri bir daha diqqətə çatdırmaqla yanaşı, hər hansı bir milli təhlükəsizliyə, dövlət təhlükəsizliyinə qarşı olan təhdidin qarşısının alınmasında hüquq-mühafizə orqanlarının müstəsna rolu olduğunu da xatırladıb: “Təbii ki, hər bir məsələdə müəyyən çətinliklər olur. Lakin hüquq-mühafizə orqanları bu çətinlikləri aradan qaldırmağa tam qadirdir. Bu gün hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşları ilə birlikdə onların konstitusion hüquqlarının qorunması üçün hüquqi normalar daxilində lazım olan addımları atır”. 
Cənab Prezident həmçinin bildirib ki, Gəncə hadisələri zamanı hüquq-mühafizə orqanları terrorçu qüvvələrin qarşısını məharətlə və hüquqi çərçivədə aldı. Hüquq-mühafizə orqanları belə bir çətin əməliyyat şəraitində özünü müsbət tərəfdən göstərdi.
Bir məqamı da qeyd edim ki, düşmən təxribat törətmək məqsədini qarşıya qoyanda unudur ki, Azərbaycanda xalq–iqtidar birliyi mövcuddur, xalq möhtərəm Prezidentimizin siyasətini hər zaman dəstəkləyir. Elə təkcə bu amilə görə dövlətimizi sarsıtmaq, ölkədə xof yaratmaq mümkün deyil. 
Yeri gəlmişkən, bir məqamı da vurğulamaq istərdim. İyulun 15-də Sumqayıt şəhərində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı saxlanılıb. Əsasən, xaricdən idarə olunan həmin şəxslər Gəncədə baş vermiş hadisələri Sumqayıtda təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq məqsədi güdürlərmiş. 
Bu fakt onu göstərir ki, radikal qruplar bütün ölkədə sabitliyi pozmağa çalışırlar. Amma onlar, yuxarıda qeyd etdiyim kimi, buna heç vaxt nail ola bilməyəcək, xalq-iqtidar birliyini sarsıtmağa gücləri çatmayacaq. 
Azərbaycanın uğurlarını gözü götürməyən, çaxnaşma, itaətsizlik yaratmağa çalışanlar isə qanun qarşısında cəzalarını alacaqlar. Güclü, qüdrətli Azərbaycan dövlətini heç bir qüvvə sarsıda bilməz.
Vaqif ABBASOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Şirvan şəhəri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında