Nəsimi rayonunda “Abad həyət”lərin sayı artır

Nəsimi Rayon İcra Hakimiyyəti yayın qızmar günlərində daha bir “Abad həyət”i – IV mikrorayon ərazisində Asif Məhərrəmov küçəsi 68 və Mir Cəlal küçəsi 10 saylı binaların əhatə etdiyi məhəlləni əsaslı təmir-abadlıq  işlərindən sonra sakinlərin ixtiyarına vermişdir. 
 
Bu münasibətlə məhəllədə təşkil olunan çal-çağırlı açılış mərasimində Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov abad həyətin istifadəyə verilməsi münasibətilə sakinləri səmimi təbrik etmiş, onları yaradılan istirahət imkanlarından daha çox yararlanmağa və abadlığı qorumağa çağırmışdır. Rayon rəhbəri Prezident İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin artırılması, rifahının yüksəldilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların  yerinə yetirilməsi  ilə bağlı Nəsimi rayonunda görülən işlər, paytaxtın iri yaşayış massivlərindən olan mikrorayonlarda gerçəkləşdirilən “Abad həyət” və digər layihələr barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, son illərdə rayonda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində bir sıra ünvanlarda müxtəlif abadlıq işləri görülmüşdür. Məhəllələrdəki  çoxmərtəbəli binanın fasadları əsaslı təmir olunmuş,  həyətlər yenidən qurulmuş, yaşıllıqlar genişləndirilmişdir. Əhalinin asudə vaxtını səmərəli keçirməsi üçün parklarda və həyətlərdə  oturacaqlar, söhbətgahlar, idman qurğuları quraşdırılmışdır.
Növbəti abad həyətdə də binaların fasadları, dam örtükləri və zirzəmiləri əsaslı təmir edilmiş, giriş qapıları və pəncərələri yenilənmişdir. Özbaşına zəbt olunmuş ərazilər təmizlənərək 2,5 hektarda asfaltlama və  təmizlik işləri aparılmış, ağaclar budanmış, yeniləri əkilmiş, ümumi  səliqə-sahman yaradılmışdır. Məhəllədə 5 söhbətgah və 20 oturacaq, uşaq əyləncə  elementləri  və idman meydançası  quraşdırılmışdır.  
Sakinlər rayonun sosial problemlərinin həllinə göstərilən davamlı qayğıya, yaşayış yerində yaradılan yüksək  şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Həyətdə təşkil olunan açıq dialoqda səslənən suallar cavablandırılmış, mülahizə və təkliflər qeydə alınmış, onların icrası ilə bağlı tapşırıqlar verilmişdir. Mərasim çay süfrəsi arxasında sakinlərlə səmimi söhbət şəraitində davam etmişdir.
R.TAHİR,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında