“Rusiya-Azərbaycan münasibətləri yüksəlişdədir”

“Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərinə hazırlıq gedir”. Bunu APA-nın Moskva müxbirinə eksklüziv açıqlamasında Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov deyib.
 
“Heç kəsə sirr deyil ki, biz Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri ərəfəsindəyik. Ona görə də iki ölkə arasında olan məsələlər aktuallaşmalıdır, tərəflər lazımı sənədləri imzalanmağa hazır vəziyyətə gətirilməlidir. Proses gedir. Baxmayaraq k, yay dövrüdür, bizim işimiz gərgindir”, – deyə səfir vurğulayıb.
M.Boçarnikov Azərbaycanda diplomat kimi fəaliyyətə başlamasından da danışıb: “Mən cəmi bir aydır Azərbaycanda səfir kimi fəaliyyət göstərirəm. İlk təəssüratım ondan ibarətdir ki, Rusiya–Azərbaycan münasibətləri yüksəlişdədir. Rusiya və Azərbaycan arasında iqtisadi münasibətlər sürətlə inkişaf edir. İkitərəfli münasibətlərin gündəliyində olan məsələlər çoxdur. Həm biznes səviyyəsində iş adamlarının, həm də hər iki ölkənin İqtisadiyyat nazirliklərinin nümayəndələrinin görüşləri olduqca vacibdir”.
Rusiyalı diplomat iki ölkə arasında siyasi münasibətlərə də toxunaraq qeyd edib ki, Rusiya və Azərbaycan arasında siyasi münasibətlər çox yaxşı inkişaf edir: “Hər şey prezidentlərin arasında olan mehriban və şəxsi münasibətlərə söykənir. Belə əhval-ruhiyyə bizim siyasi əlaqələrimizin bütün səviyyələrinə yayılır. Ona görə də mən Rusiya–Azərbaycan münasibətlərinin gələcəyini nikbin görürəm”.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında