“Azərbaycan Hava Yolları” növbəti dəfə nüfuzlu “Skytrax” mükafatına layiq görülmüşdür

Aviaşirkətlərin və hava limanlarının xidmət səviyyəsinin qlobal qiymətləndirilməsi sahəsində Böyük Britaniyanın aparıcı konsaltinq şirkəti “Skytrax” Azərbaycanın milli aviadaşıyıcısının “4 ulduzlu aviaşirkət” reytinqini növbəti dəfə təsdiq etmişdir.
 
Bu onu göstərir ki, “Azərbaycan Hava Yolları” (AZAL) xidmət keyfiyyətinə görə qlobal aviasiya bazarının tanınmış liderləri ilə bir sırada qiymətləndirilir.  Bundan əlavə, AZAL aviaşirkəti “Mərkəzi Asiya və Hindistan üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasının qalibi olmuşdur. Azərbaycanın milli aviadaşıyıcısı “Skytrax” tərəfindən ilk dəfə belə yüksək ada layiq görülmüşdür.
Ən yaxşı aviaşirkətlərin mükafatlandırılması mərasimi 2018-ci ilin 17 iyul tarixində Londonda “World Airline Awards” rəsmi tədbirində keçirilmişdir.
“Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov demişdir: “Skytrax” kimi nüfuzlu təşkilat tərəfindən növbəti dəfə belə yüksək mükafata layiq görülmək bizim üçün qürurverici və böyük şərəfdir. Azərbaycanın milli aviadaşıyıcısının beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi ölkə Prezidenti cənab İlham Əliyevin mülki aviasiya sahəsinə göstərdiyi böyük diqqətin və qayğının göstəricisidir. Biz aviaşirkətin xidmət keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində çalışmağa davam edəcəyik».
Bu barədə şərh verən “Skytrax” təşkilatının baş direktoru Edvard Pleysted qeyd etmişdir: “Azərbaycan Hava Yolları”nın  “Mərkəzi Asiya və Hindistan üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasının qalibi olması son dərəcə möhtəşəmdir. Aviaşirkət keyfiyyət və xidmət sahəsində təkmilləşərək, nüfuzunu getdikcə artırır və Bakıdakı beşulduzlu hava limanında xidmət göstərərək müştərilərini sevindirməkdə davam edir”.
“4 ulduz” reytinqinə layiq görülməzdən əvvəl müstəqil beynəlxalq auditorlar tərəfindən aviaşirkət göstərilən xidmətlərin keyfiyyətini və işçi heyətinin iş standartlarını əhatə edən 800-dən artıq meyar üzrə qiymətləndirilib. Sərnişinlər üçün mühüm olan aviaşirkət məhsulunun komponentləri – ümumilikdə, aviaşirkətin saytı, saytda yerləşdirilən məlumatın məzmunu, biletlərin onlayn bronlaşdırılmasının rahatlığı və digər xidmətlər qiymətləndirilib.
Eyni zamanda, təyyarə salonunun vəziyyəti, tərtibi və təmizliyi təyyarədə sərnişinlər üçün əyləncə sistemi, heyət üzvlərinin xidməti geyim formaları, onların sərnişinlərə münasibəti və işin səmərəliliyi diqqətli şəkildə nəzərdən keçirilib. Rüsumsuz ticarət (duty-free) xidməti, bort jurnalının məlumat tərkibi, sərnişinlər üçün təyyarədə qidanın keyfiyyəti, oturacaqların rahatlığı və s. xidmətlərin qiymətləndirilməsi də diqqətdən kənarda  qalmayıb. 
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, cari ilin may ayında Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportu maksimal “5 ulduz” statusuna layiq görülmüşdür və bununla da “Skytrax World Airport Awards” versiyası üzrə dünyada ən yaxşı 9 aviaşirkətin siyahısına düşmüş və postsovet ölkələrinin aviaşirkətləri arasında birinci yer tutmuşdur. 
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında