Azad ticarət sazişi

“Sinxua” agentliyinin məlumatına görə, dünən  Tokioda Yaponiya hökuməti ilə Avropa İttifaqı (Aİ) arasında azad ticarət barədə saziş imzalanıb. Mənbə qeyd edir ki, bu saziş dünya ümumi daxili məhsulunun (ÜDM) 30 faizini təşkil edən nəhəng iqtisadi blokun yaranmasına səbəb olacaq.
 
Bildirilir ki, müqavilənin imzalanması mərasimi Baş nazir Sindzo Abenin iqamətgahında, Avropa Şurasının sədri Donald Tuskun və Avropa Komissiyasının başçısı Jan Klod Yunkerin iştirakı ilə keçirilən sammitdən sonra baş tutub.
İmzalanan sənədə əsasən, Yaponiya Aİ-dən idxal edilən əmtəələrin, o cümlədən qida məhsullarının 94 faizinə rüsumları ləğv edəcək ki, bu da ölkə bazarına Avropadan gətirilən pendirin, şərabın və donuz ətinin qiymətlərini aşağı salacaq.
Avropa ölkələri də öz növbələrində, Yaponiyadan idxal edilən məhsullara, əsasən avtomobillərə və məişət elektronikasına gömrük rüsumlarını ləğv edəcək. Lakin bu, müqavilənin qüvvəyə minməsindən səkkiz və ya altı il sonra baş tutacaq. Müqavilənin gələn ilin martında, Böyük Britaniya Aİ-ni tərk etdikdən sonra ratifikasiya ediləcəyi gözlənilir.
Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında