Koreya hərbçiləri arasında telefon xətti bərpa edilib

Cənubi Koreya ilə Şimali Koreya Xalq Demokratik Respublikası (KXDR) hərbçiləri arasında qaynar telefon xəttinin fəaliyyəti bərpa olunub. Bu barədə TASS informasiya agentiyi məlumat yayıb. 
 
Mənbənin məlumatına görə, qaynar xətt iki ölkənin müvafiq qurumları arasında telefon və faks əlaqəsini təmin edəcək.
Xatırladaq ki, qaynar telefon xəttinin fəaliyyəti 2011-ci ilin fevralında KXDR tərəfindən dayandırılmışdı. Buna Cənubi Koreya tərəfinin KXDR-in sərhəd ərazisində yerləşən “Kaesonq” sənaye parkının işini dayandırması səbəb olmuşdu. Sənaye parkında Cənubi Koreya şirkətlərinin fabrikləri fəaliyyət göstərirdi. Şimali Koreyanın 2016-cı ilin yanvarında baş tutan nüvə silahı sınağından sonra Cənubi Koreya tərəfi sənaye parkının fəaliyyətini dayandırmağı qərara almışdı.
 
Mahmud QƏZƏNFƏROĞLU,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında