Türkiyəli alimlər Hüseyn Cavidin Ev Muzeyində olublar

science.gov.az-dan verilən xəbərə görə AMEA Hüseyn Cavidin Ev Muzeyi İstanbul Azərbaycan Mədəniyyət Evi ilə əməkdaşlığı davam etdirir. Birgə fəaliyyət nəticəsində Cavidlər irsinin təbliği istiqamətində mühüm tədbirlər həyata keçirilib.

İyulun 16-da İstanbul Azərbaycan Mədəniyyət Evinin rəhbəri, şair Hikmət Alpın rəhbərlik etdiyi nümayəndə heyəti AMEA Hüseyn Cavidin Ev Muzeyində olub.

Qonaqlara ümumbəşəri ideyaları təbliğ edən və türkçülüyün mühüm ədəbi-fəlsəfi irsini təşkil edən Hüseyn Cavidin həyat yolu, zəngin yaradıcılığı və ədibin ailə üzvlərinin taleyi barədə ətraflı məlumat verilib.

Daha sonra müxtəlif elm sahələrindən olan türkiyəli alimlər muzeydə dahi dramaturqa məxsus şəxsi əşyalar, şəkillər və digər eksponatlarla tanış olublar.

İsaq Əmənullayev,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında