Tereza Mey: Rusiyaya qarşı mücadilə davam etməlidir

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Finlandiyanın paytaxtı Helsinkidə keçirilən tarixi görüş Böyük Britaniyanın Parlamentinin İcmalar Palatasında müzakirə edilib. Bu barədə BBC məlumat yayıb.

Müzakirələrdə çıxış edən Böyük Britaniyanın baş naziri Tereza Mey ötən həftə Brüsseldə NATO-nun Zirvəsində iştirak etdiyini xatırladaraq toplantıda Rusiyanın Qərbə təhdidlərinin müzakirə edildiyini diqqətə çatdırıb.

T.Mey ölkəsinin qərbindəki Salisbury qəsəbəsində baş verənləri və zəhərlənmə olaylarını önə çəkib: “Bütün bunlar qlobal normalara və qadağalara Rusiyanın laqeyd münasibətinin nəticəsində baş verib. Kimyəvi zəhərlənmə, Qərb demokratiyasını baltalamaq, beynəlxalq maraqlarımıza zərər vermək üçün yaxşı hazırlanmış bir davranış modelinin tərkib hissəsidir. Son illər Rusiya İrana silah satışını arıtırıb, Suriya rejiminin kimyəvi silahdan istifadə etdiyini pərdələyir, iqtisadi zərərlərə yol açan kiber hücumlar təşkil edir və yalan xəbərlər yayır. Maraqlarımızı və dəyərlərimizi zəiflətiyi sürədə Rusiyaya qarşı mücadilə davam etməlidir”.

Elçin ABBASOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında