Mbappenin adı ticarət markasına çevrilə bilər

Çinin 189 şirkəti futbol üzrə 21-ci dünya çempionatının qalibi olmuş Fransa yığmasının gənc hücumçusu Kilian Mbappenin adını ticarət markası kimi rəsmiləşdirmək istəyir. Bu barədə “BBC.com” məlumat yayıb. Bildirilir ki, həmin şirkətlər “Mbappe” adını öz məhsul və xidmətləri üçün ticarət markası kimi istifadə məqsədilə Çinin müvafiq dövlət qurumlarına müraciət ediblər. Onlardan 159-u “Mbappe” sözünün Çin dilində tələffüz formasını, 30-u isə futbolçunun adının latın qrafikası ilə yazılışı formasını ticarət markası kimi rəsmiləşdirmək istədiklərini bildiriblər. Müraciətlərin böyük hissəsi Fransa yığmasının dünya çempionatının səkkizdəbir final mərhələsində Argentina millisini məğlub etdiyi oyunda Mbappenin rəqib qapısına 2 qol vurmasından sonra təqdim olunub.

Elçin ABBASOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında