İsrail şirkətindən önəmli addım

RİA “Novosti” agentliyinin yaydığı məlumata görə, İsrailin “Chakratec” şirkəti elektromobili 10 dəqiqəyə enerji ilə doldurmağa imkan verən enerjidoldurma stansiyası hazırlayıb.

Bildirilir ki, hazırda istənilən elektromobil şirkəti üçün əsas problemlərdən biri enerjinin doldurulması üçün tələb olunan vaxtdan ibarətdir. Hətta ən yaxşı enerjidoldurma məntəqələrində boşalmış batareyanı doldurmaq üçün minimum 40 dəqiqə lazımdır. Bu, yanacaqdoldurma məntəqəsində 5 dəqiqə sərf etməyə adət edən sürücülər üçün çox uzun vaxt hesab olunur. Şirkət məhz bu tendensiyanı nəzərə alaraq elektromobili 10 dəqiqəyə enerji ilə doldurmağa imkan verən enerjidoldurma stansiyası hazırlayıb.

İsrail şirkətinin baş direktoru İlon Ben-David bildirib ki, şirkətin yeni həlli bütün müasir elektromobillər üçün uyğundur və ondan adi yanacaqdoldurma məntəqələri də istifadə edə bilər.

Elçin ABBASOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında