BMT yeni qurum yaradır

Birləşmiş Millətlər Təşkilatı (BMT)  rəqəmli texnologiyalar sahəsində beynəlxalq əməkdaşlıq üzrə ekspert qrupu yaradacaq. Bu barədə mətbuat konfransında BMT baş katibi Antoniu Quterreş bildirib.  Məlumatı “Lenta.ru” yayıb.

“Mən rəqəmli texnologiyalar sahəsində əməkdaşlıq üzrə panel yaratmaq barədə qərar qəbul etmişəm. Blokçeyn kimi yeni texnologiyalar hər gün yaranır. Mən BMT-ni texnoloji əsr dövründə dialoq üçün unikal platforma kimi təsəvvür edirəm”,-- deyə baş katib bildirib.

Məlumata görə, yeni məşvərətçi orqan 9 aydan sonra rəqəmli texnologiyalar sahəsində problemlərin həlli ilə bağlı təkliflər təqdim edəcək.

A.Quterriş vurğulayıb ki, rəqəmli texnologiyalar dünyanı və cəmiyyəti dəyişir ki, bu da qeyd olunan sahədə beynəlxalq əməkdaşlığı zəruri edir


Qeyd edilir ki, rəqəmli texnologiyalar sahəsində beynəlxalq əməkdaşlıq üzrə ekspert qrupuna ABŞ sahibkarı Melinda Qeyts və Çinin “Alibaba” şirkətinin yaradıcısı Cek Ma rəhbərlik edəcək.

Elçin ABBASOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında