Corctaun Universitetinin professoru: "Azərbaycan Avropanın əsas enerji təchizatçısına çevrilməkdədir"

“Azərbaycan region üçün əsas enerji mənbəyidir və getdikcə Avropanın əsas enerji təchizatçısına çevrilir”.

ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer  APA-ya açıqlamasında 

bildirib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan enerji layihələrini sürətlə inkişaf etdirməyə başlayıb: “Neft-qaz sahəsində yeni inkişaf dövrü başladı, Azərbaycan idxalçıdan ixracatçıya çevrildi. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası” nəticəsində son illər Azərbaycanda sosial infrastruktura yatırılan investisiyalar, Azərbaycan rəhbərliyinin ölkənin insan kapitalının inkişafına diqqətinin nəticələri göz qabağındadır. Əlbəttə bəzi sahələr inkişaf etdirilməlidir. Bütün bu layihələri gerçəkləşdirməklə yanaşı, mümkün təhlükələrdən qorunmaq və maneələrin hədəfinə çevrilməməyə çalışmaq lazımdır. Ancaq son illər ərzində görülmüş işlər və nəticələr danılmazıdır. Fikrimcə, 2020-ci ilədək bütün perspektivləri tədqiq etməliyik”.

B. Şaffer bildirib ki, TANAP layihəsi Azərbaycanla yanaşı dünya üçün inanılmaz nailiyyətdir: “Avropa ölkələri ucuz qiymətə, TAP qazına ehtiyac duyur. Düşünürəm ki, TAP-la bağlı meydana çıxan bəzi çətinliklər də həllini tapacaq. Bundan başqa, ətraf mühit standartlarını inkişaf etdirmək lazımdır”.  

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında