“Excelsior Hotel & Spa Baku” otelində “İşgüzar danışıqların aparılması” mövzusunda tədbir keçirilib

“Excelsior Hotel & Spa Baku” otelində  “İşgüzar danışıqların aparılması” mövzusunda  tədbir keçirilib. “Buisness  Ring”  şirkətinin rəhbəri Səbinə Rəhimova tərəfindən aparılan tədbirdə iştirakçılar bu sahədə debatlarda iştirak ediblər.  Tədbirdə “AtaHolding”  Korporativ Kommunikasiyalar şöbəsinin rəisi  Dilara Zamanova, otelin HR meneceri Kamran Rzayev, “Aura”  Sağlamlıq mərkəzinin meneceri Səbinə Yusifova və digərləri iştirak ediblər.  “Business  Ring” şirkətinin rəhbəri  Səbinə Rəhimova  hər bir xidmət sahəsində olan biznesin  uğurlu olmasında  işgüzar danışıqların düzgün  aparılmasında xüsusi yeri olduğunu qeyd edib.

“AtaHolding”  Korportiv Kommunikasiyalar şöbəsinin rəisi  Dilara Zamanova  bildirib ki, holdinqin  korporativ kommunikasiyalar şöbəsinin  fəaliyyət  planına uyğun olaraq il ərzində keçirilən müxtəlif  təlimlər, tim bildinq  xarakterli tədbirlər iştirakçılar tərəfindən maraqla  qarşılanır.  Bu cür tədbirlər  iştirakçılara yeni məlumatlar əldə etməklə yanaşı,  həmçinin,  öz bilik və bacarıqlarını  bir- biri ilə bölüşməsinə imkan yaradır.

“Business  Ring”  şirkəti yay  mövsümündə  xüsusi aksiya keçirir. Aksiyaya  əsasən bir çox iri  şirkətlərin  kollektivləri  üçün  “İşgüzar danışıqların aparılması”, “Menecmentin innovativ üsulları”,  “Konfliktlərin  idarə edilməsi”   və digər mövzularda ustad dərsləri  keçirir.

Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas, konfrans zalları və biznes mərkəzi, restoran və barlar və “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında