Eks-prezident Obama Keniyaya gedib

Amerikanın sabiq prezidenti Barak Obama vəzifəsini tərk etdikdən sonra ilk dəfə Keniyaya səfər edib. Bu gün o, mərhum atasının vətəni olan kənddə olub.

Strateq.az saytı yazır ki, Obama artıq 5-ci dəfədir o ölkəyə səfərə çıxır. Dünən Nayrobiyə çatan sabiq prezident Keniya prezidenti Uhuru Kenyatta və müxalifət lideri Raila Odinqa ilə görüşüb. Bu gün Obama bacısının Koqeloda təşkil etdiyi Sauti Kuu Foundunu ziyarət edib.

Koqelo Barak Obamanın atasının doğulduğu yerdir. Obama son dəfə kənddə senator olduğu dövrdə, 2006-cı ildə olub. Obama fonddakı çıxışı zamanı Afrikanın inkişafında gənclərin rollarının artırılmasının vacibliyini vurğulayıb.

Sabiq prezident Keniyanı etnik gərginlikləri aradan qaldırıb, iqtisadi artıma mane olan korrupsiyanın kökünün kəsilməsinə çağırıb.

Barak Obama bu gün axşam 16-cı illik Nelson Mandela Məruzəsi ilə çıxış edəcək.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında