ABŞ-da Trampı tənqidə başladılar

ABŞ siyasi xadimləri Prezident Donald Trampın Rusiya lideri Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında Moskvanın Amerika seçkilərinə müdaxiləsi barədə amerikalı kəşfiyyatçıların gəldiyi qənaəti müdafiə etməməsinə şok reaksiyalar verməkdədirlər. Bu barədə Strateq.az saytı yazır ki, Finlandiyanın paytaxtı Helsinkidə keçirilən mətbuat konfransında ABŞ lideri xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı 14 aydır ki, apardığı təhqiqatı “ölkəmiz üçün fəlakət”adlandırıb.

Vətəndə Trampın dediklərinə reaksiya sərt olub.

 Respublikaçı senator Lindzi Qraham Tvitter mesajında mətbuat konfransını “buraxılmış fürsət” kimi dəyərləndirib.

“Prezident Trampın cavabı Rusiya tərəfindən zəiflik əlaməti kimi qəbul ediləcək və həll etdiyindən daha çox problemlər yaradacaq,” – deyə o bildirib.

Veteran Respublikaçı Senator Con Makkeyn Trampın mətbuat konfransındakı çıxışını “rüsvayçılıq” adlandırıb.

“Prezident Trampın sadəlövhlüyü, eqoizmi, saxta ekvivalentliyi və avtokratlara olan simpatiyasının vurduğu ziyanı ölçmək çətindir,” – Senator Makkeyn bəyan edib.

Nümayəndələr Palatasının spikeri Paul Ryan ABŞ-la Rusiya arasında heç bir mənəvi ekvivalentliyin olmadığını və Kremlin ABŞ dəyərlərinə fundamental şəkildə zidd olduğunu vurğulayıb.

“Heç zaman ağlıma gəlməzdi ki, Amerika prezidenti Rusiya prezidenti ilə bir səhnədə dayanıb, Rusiya təcavüzünə görə Birləşmiş Ştatları qınayacaq,” – deyə digər Respublikaçı senator Ceff Fleyk bildirib.

Demokrat qanunvericilərin də Trampın çıxışına reaksiyaları eyni dərəcədə sərt olub.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında