Professor Akkan Suver: Azərbaycanda sabitliyin qorunması region ölkələri üçün həyati əhəmiyyət daşıyır

Son günlər Azərbaycanın Gəncə şəhərində baş verən xoşagəlməz hadisələr Türkiyədə böyük narahatlıqla qarşılanıb.
 
Bu sözləri açıqlamasında Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver deyib.
A.Suver əminliyini ifadə edərək bildirib ki, törədilən cinayətlərin bədxah xarici qüvvələr tərəfindən planlaşdırıldığı inkarolunmazdır.
“Təəssüf ki, bu qüvvələr zaman-zaman Azərbaycanın müstəqilliyinin qorunmasına, dövlətin qüdrətlənməsinə, dünyadakı mövqelərinin güclənməsinə qısqanclıqla yanaşıblar. Azərbaycan bütövlükdə Qafqaz bölgəsində sabitliyin qorunmasında həlledici təsirə malikdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli bu bölgədə uzunmüddətli sülhə təkan verə biləcək mühüm amildir. Yaxşı olar ki, Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələr öz imkanlarından istifadə edərək işğalçı Ermənistandan zəbt etdiyi Azərbaycan torpaqlarından geri çəkilməyi tələb etsinlər. Bu, regiondakı bütün ölkələr üçün düzgün və əhəmiyyətli yoldur. Azərbaycanda sabitliyin qorunması region ölkələri, o cümlədən Türkiyə üçün həyati əhəmiyyət daşıyır”, - deyə A.Suver əlavə edib.
 
Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında