Müxtəlif xarici mərkəzlərdən idarə olunan bəzi media orqanlarının Azərbaycana qarşı apardığı təbliğat kampaniyasının heç bir səmərəsi yoxdur

Azərbaycan müstəqilliyin 27-ci ilinə də sürətli inkişaf və demokratik prinsiplərə verdiyi xüsusi önəmlə qədəm qoydu. Dövlət başçımızın bu il  imzaladığı  növbəti əfv fərmanı insan hüquq və azadlıqlarının müdafiəsinin yenə də dövlət siyasətinin prioritetini  təşkil etdiyindən xəbər verir.  Ölkəmizin nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinə ev sahibliyini davam etdirməsi, iri infrastruktur layihələrin reallaşdırılmasında qüdrətli dövlətə çevrilməsi düzgün müəyyənləşdirilmiş strategiyanın bariz nümunəsidir. 
 
Azərbaycanın  qısa müstəqillik tarixində xarici siyasətdə, iqtisadi və  sosial-mədəni sahələrdə bir-birinin ardınca möhtəşəm uğurlara imza atması, təbii ki, düşmənlərimizin yuxusuna haram qatıb. Onlar müxtəlif vasitələrlə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışır, dövlətimizin beynəlxalq aləmdə getdikcə artan nüfuzuna xələl gətirmək üçün min bir oyundan çıxırlar. Gah qərəzli hesabatlar yayır, gah piar kampaniyası hazırlayır, gah da iftira və böhtanlar yağdırırlar.
Bunların da bir nəticə vermədiyini görən antiazərbaycan qüvvələr son vaxtlar radikal dini qruplaşmaların üvzlərindən istifadə edərək, çirkin niyyətlərini din pərdəsi altında həyata keçirmək istəyirlər. Axı müsəlman dövlətinin  dünya birliyinə belə sürətlə  ­inteqrasiya olunması xainləri heç vaxt qane edə bilməz. Ona görə də radikal dini qruplaşmaların üzvləri vasitəsilə Azərbaycanda terror və iğtişaşlar törətməyə, dövlət rəsmilərini qətlə yetirməklə, ölkədə qarşıdurma yaratmağa, hakimiyyəti zorla devirməyə çalışırlar. Ancaq belə ünsürlər unudurlar ki, Azərbaycanda dövlət idarəçiliyi çox etibarlı, inamlı əllərdədir. 
Antiazərbaycan qüvvələr ölkəmizdə çaşqınlıq yaratmaq üçün xarici ölkələrdən idarə olunan, respublikamızda vətəndaş qarşıdurmasına nail olmağa, mill - etnik, dini ayrı-seçkiliyi təbliğ edən, həmçinin tolerantlıq mühitini pozmağa cəhd edən saytlar, saxta profillər, facebook səhifələri yaradır, bu yolla insanları hakimiyyətə qarşı mübarizəyə çağırırlar. Belə saxta profillərə, qərəzli saytlara qarşı hamılıqla mübarizə aparmalıyıq. Mən, ilk növbədə,  Azərbaycan Prezidentinin köməkçisi  Əli Həsənovun bu istiqamətdə tövsiyəsini xatırlatmaq istərdim:  “Kimsə düşünə bilər ki, yaxasını kənara çəkmək, qaragüruhun hədəfinə gəlməmək daha rahat yoldur. Amma, bu, belə deyil. Harda milli-mənəvi dəyərlər var, atributlarımız var – onlara toxunulduğu zaman münasibət bildirməliyik. Həm vətəndaş, həm siyasətçi, həm məmur, həm də media təmsilçisi olaraq”.
Son vaxtlar  ölkədə  baş verən bəzi  hadisələr, yəni  həm Mingəçevir İES-dəki qəza zamanı yaranmış  enerji fasiləsi, daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsd, ardınca asayişi təmin edən polis zabitlərinin qətlə yetirilməsi kimi mövzuların gündəmə gəlməsi bəzi xarici informasiya vasitələrinə, sanki, çirkli məqsədlərini həyata keçirmək üçün fürsət  yaratdı.  Söz yox ki, bu hadisələr zamanı Azərbaycan mediası özünü kifayət qədər təmkinli apardı. Ölkəmizin aparıcı KİV-i cəmiyyət tərəfindən razılıqla qarşılanan  informasiya təminatı ilə məşğul oldu. Təbii ki, sensasiya  yaratmaq naminə tələsənlər də oldu. Onlara səhv yolda olduqları  qanuni yolla xatırladıldı və belələri də kimlərinsə sifarişlərini yerinə yetirməkdən çəkindilər.
 Əslində, belə portallarda yanlış, qızışdırıcı məlumatların yer almasının iki səbəbi var. Birincisi,  jurnalistikada hələ də davam edən qeyri-peşəkarlıq, təsadüfi yazarların  mətbuata axışmasıdr. Digər səbəb isə  radikal -dini qruplaşmaların həmin saytların rəhbərlərini açıq-aşkar ələ almasıdır. Biz Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd olunan zaman da bunun şahidi olduq. Həmin hadisəni, sanki, hamıdan  “operativ” işıqlandıran, tələm-tələsik lentə alıb sosial şəbəkədə yayan  hicablı bir qadın idi. Araşdırmalardan sonra məlum oldu ki, həmin qadın “jurnalist” İranın radikal dindarları tərəfindən maliyyələşdirilən “hedef14.org”  saytının əməkdaşıdır.
 Bu saytın xanım əməkdaşı Gəncədə iğtişaş və polis əməkdaşlarının qətlə yetirilməsi zamanı hazırladığı və sosial şəbəkələrdə yayılan videomaterialı ilə diqqəti cəlb edir. Hiss olunur ki, bütün bunlar qabaqcadan planlaşdırılmış çəkildə həyata keçirilib. Sual olunur: bu  saytın xanım əməkdaşı haradan bilirdi ki, Gəncə şəhər icra hakimiyyətinin başçısına gullə atılacaq və o da hadisəni saniyəsinə qədər gözləyirmiş kimi, əvvəldən həmin ərazidə, sui-qəsdin təşkil olunduğu yerdə  peyda olmuşdu? Hadisələrdən bir həftə vaxt keçsə də, bu sayt hələ də baş verənləri diqqətdə saxlayır və vaxtaşırı özlərinə sərf edən şəkildə məlumatlar yayırlar. Fikir verin, cinayət hadisəsini törədənlərin həbsini də  “inanclı şəxsin həbsi” kimi təqdim edirlər. Üstəlik, dövlət rəsmisinə qarşı terror aktı törədən şəxsin həyat yoldaşını da sosial şəbəkələrə çıxarıb bunu “din yolunda mücadilə” kimi təqdim edirlər. Məgər İslam dünyada sülh, mərhəmət dini kimi  tanınmırmı? İnsanların vəhşicəsinə qətlə yetirilməsi İslam dininə ləkə gətirir.
Antiazərbaycan qüvvələr tərəfindən idarə olunan  “arannews.com”, “hedef14.org”, “nuraz.com”, “abna.com”, “qafqaz.ir”, “rasthaber.com” və digər belə saytlarda yayılan materiallarda Gəncədə terror aktı törədən  Yunis Səfərov,  az qala, Milli Qəhrəmn kimi təqdim olunur.  Hələ Yunis Səfərovu ictimaiyyət hansısa şəkildə  tanımırdı. Sonradan bəlli oldu ki, o, Rusiya vətəndaşıdır, xarici ölkələrdə təlim keçib, bu aksiyaya xüsusi hazırlaşdırılıb.  Ancaq həmin saytlar  və  bəzi profillər  Yunis Səfərovun  şəklini paylaşır, üzərinə "Milli Qəhrəman" yazırdılar. 
Bu cinayətkarın şəkilləri ölkəmizdə tolerantlıq mühitini pozmağa çalışan,  xaricdən idarə olunan və radikal dini qruplaşmaların  maliyyələşdirdiyi saytları bəzəyirdi. Sonra da, guya, Yunis Səfərovun işgəncələrə məruz qalması, onun öldürülməsi, sifətinin eybəcər şəklə  salınmasını əks etdirən fotosunu yaymaqla vətəndaş qarşıdurmasını alovlandırmağa çalışdılar. Azad Respublikaçılar Partiyasının sədri olaraq, bəyan edirəm ki, partiyamızın bütün üzvləri belə ünsürləri, ölkəmiz haqqında donosbazlıq edənləri kəskin pisləyirlər.
Son hadisələr onu göstərir ki,  bu proses radikal dini qruplaşmalar tərəfindən qabaqcadan  düşünülüb və planlı şəkildə həyata keçirilib. Xüsusən, polis zabitlərinin qətlə yetirilməsindən sonra sosial şəbəkələrdə  qızışdırıcı məqalələr dərc olunmaqdadır. “Arannews.com” saytı bu sahədə xüsusi canfəşanlıq göstərir. Bu saytın əməkdaşlarının müsahiblərinə diqqət yetirdikdə bir daha aydın olur ki, onlar, əsasən, bir vaxtlar həbs edilənlər, nəyinsə naminə ölkəmizin əleyhinə dezinformasiya yaymağa hazır olanlardır. Belələri radikal dini qurumların təsiri altına düşərək, sosial şəbəkələrdə canfəşanlıq edirlər. 
Gəncədə təşkil olunan iğtişaşın təşkilatçıları yəqin, düşünürmüşlər ki, ətraf rayonların sakinləri də dərhal onlara qoşulacaq və iğtişaşlar sürətlə respublikanın hər yerinə yayılacaq. Hətta həmin ərazidən, guya, reportaj aparan , “hedef14.org” saytının xanım əməkdaşının qorxa-qorxa (əslində, o qadın rola girmişdi) “Vəziyyət çox pisdir, qorxuludur” deməsi, bunu sosial şəbəkələrdə paylaşması da bir nəticə vermədi. Gəncənin mərkəzi meydanında  iğtişaş 30 dəqiqədən artıq davam edə bilmədi. Sosial şəbəkələrin  canfəşanlığı da heç bir nəticə vermədi.
Bu hadisəni törədənlər, həmçinin təşkilatçılar,  ölkəni qarışdırmaq istəyənlər, xaricdəki müəyyən qruplar da başa düşsünlər  ki, həmin çirkin niyyəti  Azərbaycanda  həyata keçirmək mümkün deyil. Hətta xaricdən maliyyələşən  sosial şəbəkələrin də yazdıqları özünü doğrultmadı. Azərbaycan Prezidenti 
İlham Əliyevin ölkənin hüquq-mühafizə orqanalarının rəhbərləri ilə görüşdə  dediyi kimi, heç kimi bizi tutduğumuz yoldan döndərə bilməz. Müxtəlif xarici mərkəzlərdən idarə olunan medianın  Azərbaycana qarşı apardığı qaralama  kampaniyasının heç bir səmərəsi yoxdur. Xalqımız tam əmin ola bilər ki, Azərbaycan bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək.
Kamil SEYİDOV,
 Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasınn müəllimi, 
 siyasi elmlər üzrə fəlsəfə doktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında