ADA Universitetində regional enerji təhlükəsizliyi üzrə simpozium işə başlayıb

İyulun 16-da ADA Universitetində Avropa İttifaqı üzrə Bilik Mərkəzi ilə ABŞ Müdafiə Nazirliyi nəzdindəki Hərbi Donanma Qüvvələri Ali Məktəbinin birgə təşkilatçılığı ilə bir həftəlik regional enerji təhlükəsizliyi üzrə simpozium işə başlayıb.
 
AZƏRTAC xəbər verir ki, açılış mərasimində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə simpozium barədə məlumat verib. Fariz İsmayılzadə qeyd edib ki, Azərbaycanın və Gürcüstanın enerji məsələlərinə cavabdeh olan hökumət, qeyri-hökumət və biznes strukturlarının 40 nümayəndəsinin iştirakı ilə keçirilən bu akademik proqramda enerji təhlükəsizliyinin müasir dünyada geosiyasi və iqtisadi əhəmiyyəti, mümkün təhdidlər, risklər və böhran ehtimalları, onlara cavab addımlar, enerji təhlükəsizliyi siyasətinin yaradılması əsasları kimi mövzular diqqətdə saxlanılacaq. Simpozium çərçivəsində interaktiv məşğələlər, qrup layihələri veriləcək, iştirakçıların komandada işləmək və əlaqələndirmək qabiliyyətləri artırılacaq. Dərslərdə ABŞ Hərbi Donanma Qüvvələri Ali Məktəbinin, ABŞ-ın Corctaun Universitetinin tədqiqatçıları ilə yanaşı, NATO Enerji Təhlükəsizliyi Mərkəzinin tədqiqat şöbəsinin nümayəndələri də çıxış edəcəklər. Simpoziumda, həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, enerji naziri Pərviz Şahbazov, SOCAR və BP-nin yüksək səviyyəli nümayəndələri enerji təhlükəsizliyi ilə bağlı bölgədəki hazırkı vəziyyət barədə fikirlərini bölüşəcəklər.
Fariz İsmayılzadə bildirib ki, Azərbaycanın regional əməkdaşlıqla bağlı fikirləri çox sadədir. Azərbaycan həmişə enerji təhlükəsizliyini dəstəkləyir və əməkdaşlığa hazırdır. 
NATO Enerji Təhlükəsizliyi Mərkəzinin tədqiqat şöbəsinin müdiri Reyner Zimmerman simpoziumun keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə və ADA Universitetinə təşəkkürünü bildirib və regional enerji təhlükəsizliyi haqqında təqdimatla çıxış edib. 
Reyner Zimmerman bildirib ki, ötən illər ərzində NATO tərəfindən Azərbaycanda və Gürcüstanda regional enerji təhlükəsizliyinə həsr edilmiş kurslar təşkil edilib. Tədbirdə ABŞ Hərbi Donanma Qüvvələri Ali Məktəbinin tədqiqatçısı Alan Hovard da iştirak edib. 
Mərasimdə çıxış edən ABŞ-ın Corctaun Universitetinin müəllimi Brenda Şaffer vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycanın güclü dövlət olması, inkişaf etmiş iqtisadiyyatı və siyasi gücü haqqında artıq hər kəs məlumatlıdır. B.Şaffer deyib ki, kurslarda Azərbaycanın, Gürcüstanın və Türkiyənin infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində fikir mübadiləsi aparılacaq. Həmçinin enerjinin daha faydalı yolları araşdırılacaq. 
Qeyd edək ki, ADA Universitetində keçirilən regional enerji təhlükəsizliyi üzrə simpozium iyulun 16-dan 20-dək davam edəcək. 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında