AZƏRTAC-ın fotomüxbirinin “ulduz saatı”

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun son vaxtlarda qazandığı uğurları mübaliğəsiz “ulduz yağışı” adlandırmaq olar: o, Xorvatiya, Monteneqro, İrlandiya və Serbiyada keçirilmiş “Digitalna Foto Arhiva Circuit 2018” dairəvi beynəlxalq fotomüsabiqə salonlarının üç qızıl medalına və üç fəxri lentinə layiq görülüb. 
 
Amerika Fotoqraflar Cəmiyyəti (PSA) tərəfindən keçirilən beynəlxalq fotomüsabiqəyə dünyanın 47 ölkəsindən 240 iştirakçının işləri təqdim edilmişdi. İ.Cəfərovun “Həyat həndəsəsi”, “Ağırlıqqaldıran qızın emosiyaları” və “Gimnastika elementi” adlı işləri fotomüsabiqənin “Şəhər həyatı”, “İdman” və “Fotojurnalistika” nominasiyalarında Amerika Fotoqraflar Cəmiyyətinin iki qızıl medalına, “Digitalna Foto Arhiva”nın qızıl medalına, habelə salonların üç fəxri lentinə layiq görülüb. 
Bu günlərdə Amerika Fotoqraflar Cəmiyyətinin (PSA) “Fotoqrafiyada kim kimdir 2017” (“Who's Who in Photography 2017”) adlı illik soraq kitabı çapdan çıxıb. “Fotojurnalistika” nominasiyasında AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun adı ikinci dəfə dünyanın ən yaxşı fotoqraflarının siyahısına daxil edilib (birinci dəfə bu hadisə 2015-ci ilin yekunlarına əsasən baş vermişdi). 
AZƏRTAC xəbər verir ki, sözügedən soraq kitabçasına keçən il altı nominasiyada uğurlar qazanmış fotoqrafların adları daxil edilib. Azərbaycanlı fotoqraf  “Fotojurnalistika” nominasiyasında fərqlənib. Bu nominasiyada soraq kitabçasına yalnız o fotoqrafların adları daxil edilir ki, onların işləri dünyanın müxtəlif ölkələrində PSA-nın himayəsi altında keçirilən sərgilərdə ən azı 41 dəfə nümayiş etdirilmiş olsun. AZƏRTAC-ın fotojurnalistinin aktivində 57 ekspozisiya var. 
Qeyd etmək lazımdır ki, İ.Cəfərovun işləri Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FİAP) və Amerika Fotoqraflar Cəmiyyətinin (PSA) himayəsi altında keçirilən sərgilərdə fotoqrafiyanın müxtəlif janrlarında 400-dən çox sərgidə nümayiş etdirilib və 50 dəfədən çox yüksək beynəlxalq mükafatlara layiq görülüb. Keçən il o, Beynəlxalq Foto Sənəti Federasiyasının (Excellence FIAP) Əməkdar rəssamı adına layiq görülüb. 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında