“Avropa İttifaqı həmişə ABŞ-ı özünə dost hesab edəcək”

Avropa İttifaqı hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ABŞ-ı özünə dost hesab edəcək. Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Komissarı Federika Mogerini bəyan edib. Məlumatı TASS verib. 
 
“ABŞ bizim dostumuzdur və dost olaraq qalacaq. Administrasiyanın dəyişməsi dostluğu pozmur. Mən ümid edirəm ki, Amerika administrasiyasında da dostlar haqqında aydın təsəvvür var”, - deyə Mogerini bildirib. 
ABŞ prezidenti Donald Trampın elan etdiyi “ticarət müharibəsi”ndən sonra Birləşmiş Ştatlar və Avropa İttifaqı arasında münasibətlər kəskin şəkildə pisləşib. Vaşinqton son aylarda Aİ, Çin və digər ölkələrdən Amerika bazarına daxil olan bir sıra mallara gömrük rüsumu tətbiq edib. ABŞ-ın bu proteksionist addımları həmin ölkələrdə cavab tədbirləri görülməsinə səbəb olub və ekspertlər bununla əlaqədar qlobal “ticarət müharibəsi” təhlükəsinin yarandığı barədə xəbərdarlıq etməyə məcbur olublar. 
ABŞ-ın addımlarına Almaniyanın xarici işlər naziri Xayko Maas da münasibət bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı ABŞ-a tam mənada arxalana bilmədiyinə görə daha möhkəm birləşməlidir. “Biz artıq Ağ evə məhdudiyyətsiz qaydada arxalana bilmərik. Bu ölkə ilə tərəfdaşlığı qoruyub saxlamaq üçün münasibətləri yenidən nizamlamalıyıq. Hələlik çıxarmalı olduğumuz ilkin nəticə ondan ibarətdir ki, Avropa daha möhkəm əsaslarda birləşməlidir”, - deyə almaniyalı nazir qeyd edib. 
Maas deyib ki, buna Avropa İttifaqının yalnız müstəqil hərəkət etdiyi və “özünə inandığı” halda nail olmaq mümkündür. Onun fikrincə, hücumlar nə qədər sərt və twitterdə yazılar nə qədər absurd olsa da, Avropa gələcək addımları birgə atmalıdır. 
Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp bir sıra ölkələrin Vaşinqtona düşmən olduğunu bəyan edib: “Bizim düşmənimiz çoxdur. Onlardan biri də Avropa İttifaqıdır. Bu, ticarət sahəsində onların bizə etdikləri ilə bağlıdır. Mən belə düşünürəm, - deyə Tramp Finlandiyada CBS televiziyasına müsahibəsində bildirib. “Avropa Birliyi NATO qarşısındakı öhdəliklərini yerinə yetirmir. Buna görə də onlar mənim üçün düşməndir. Amma bu, təhlükəli deyil”.
 
Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında