Vyanada Avropa İttifaqı ölkələrinin iqtisadiyyat nazirlərinin iclası keçirilib

“Euronews” agentliyinin məlumatına görə, dünən Vyanada Avropa İttifaqı (Aİ)  ölkələrinin iqtisadiyyat nazirləri Rəqabət Şurasının qeyri-rəsmi iclası keçirilib. 
 
Mənbə qeyd edir ki, Avstriyanın təşkilatçılığı ilə keçirilən iclasda qurumun rəqəmsallaşma üzrə komissarı Andruş Ansip və sənaye komissarı Elzbieta Bienkovska iştirak ediblər.
“Avropa sənayesini yenidən düşünək” devizi altında keçirilən iclasda əsas müzakirə mövzusu Birləşmiş Ştatlarla  Aİ arasındakı ticarət münaqişəsi və Vaşinqtonun tətbiq etdiyi əlavə gömrük rüsumlarına veriləcək cavab yollarının araşdırılmasıdır.
Avstriyanın iqtisadiyyat və rəqəmsallaşma naziri Marqarete Şrammbök ABŞ-ın bir çox ölkələrə, eləcə də Avropa ölkələrinə yaratdığı gömrük çətinliklərinə toxunub. O deyib ki, bu gedişat heç də müsbət inkişaf sayıla bilməz. Bu proses bütün iştirakçıları irəliyə deyil, geriyə aparır. Qarşı tərəfin əlavə gömrük qaydaları qəbul etməsinə baxmayaraq, biz körpü qurmaq istəyirik və ilk olaraq dostluq naminə əlimizi uzadırıq.
ABŞ-ı ticarət müharibəsi aparmaqdan çəkinməyə çağıran M.Şrammbök iqtisadi sahədə də düşmənçiliyin deyil, dostluğun vacibliyini vurğulayıb.
 
Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında