“Yandex” smartfon istehsal edəcək

Rusiyanın aparıcı internet resurslarından olan “Yandex” firması “Yandex. Telefon” adlı yeni smartfon istehsalına başlayıb. Bildirilir ki, yaxın zamanlarda ölkə  ərazisində bu smartfonun satışına başlanacaq. Bu barədə “News.ru” saytı  məlumat  yayıb.
 
Bildirilir ki, bir müddət əvvəl şirkət mobil cihazın istehsalı üçün lisenziya da alıb. 
Şifrəli vasitə və malların xəbərdarlıqları haqqında Vahid Reyestrdə məlumat yayılıb ki, “Yandex Services AG” şirkəti artıq “Yandex. Telefon” smartfonunu istehsal edə bilər. Cihaz Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrə idxal ediləcək. 
Bundan əvvəl isə bildirilib ki, “Yandex” “ağıllı ev” sisteminin tərtibatını həyata keçirməyi planlaşdırır. Bu sistem dünən satışa çıxarılan “Yandex. Stansiya” “ağıllı” səsgücləndiricisinin bazasında istehsal ediləcək.
Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında