Dünyanın ən böyük sualtı muzeyi

Karib dənizinin Meksika sahillərində yerləşən MUSA (Museo Subacuático de Arte) dünyanın ilk və ən böyük sualtı muzeyidir.

Milli.Az xəbər verir ki, muzey 2009-cu ildə istifadəyə verilib. Açıldığı müddətdə 100 heykəllə ziyarətçilərini qarşılayan muzeyin hazırda 400-ə qədər eksponatı var.

İnsan, heyvan fiqurları və müxtəlif cansız nəsnələrin formalarında olan heykəllərin yer aldığı muzeyin qurucusu ingiltərəli fotoqraf və heykəltaraş Ceyson de Kaires Teylordur. O, muzeyi 3 il ərzində ərsəyə gətirib.

Muzeydə ən diqqətçəkən əsər 26 uşağın heykəlindən yaradılan "Vicissitudes" əsəridir. Heykəltaraş bu eksponatı bir həftə ərzində suyun altında yığıb.

Muzeydəki heykəllərin toplam çəkisi 200 tondur və 400 kub-metrlik ərazini əhatə edir. Heykəllərdə istifadə edilən məmulatlar təbiətə uyğunlaşdırılması üçün xüsusilə seçilib. Ona görə də dənizdə yaşayan mərcanlar və digər heyvanlar heykəllərin üzərində yuva qura bilir.

 

İsaq Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında