Aprel şəhidi Raquf Orucov anılıb

Ağdam rayonunun Quzanlı qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində böyük şücaətlər göstərmiş qəhrəman şəhid, əfsanəvi komandir, Murov Qartalı Raguf Orucovun doğum günündə onun xatirəsinə həsr edilmiş anım tədbiri, ona həsr olunmuş “Ruhun həsrəti” filminin təqdimatı və şəhidin xatirəsinə həsr olunan futbol turnirinin mükafatlandırma mərasimi keçirilib.

 Milli Məclisin deputatı Qənirə Paşayeva tədbirdə çıxış edib. Çıxışına “Aprel zəfərini xalqımıza yaşadan qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm”,-- deyərək başlayan deputat Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından ətraflı danışıb və --“belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik,”-- deyib. O, Raquf Orucovun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan söz açıb, onunla bağlı xatirələrini bölüşüb, ibrətamiz ömür yolunu gənc nəsil üçün əsl örnək olduğunu söyləyib. Ali Baş Komandanımız, cənab Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran Q.Paşayeva --“böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün hər birimiz fəal olmalıyıq,”-- deyib.

 Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əminik.  “O gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”-- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Q. Paşayeva çıxışını bu sözlərlə bitirib: “Arzu edirəm ki, R.Orucovun xatirəsinə həsr olunmuş növbəti tədbirləri Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində Ağdamın işğaldan azad ediləcək torpaqlarında da qeyd edək”.

 

Z. BƏŞİRQIZI, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında