Füzuli rayonu ilin 6 ayında uğurlarını daha da artırmışdır

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin I yarısında ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələr Füzuli Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında ətraflı müzakirə olunmuşdur. Toplantıda rayonun 6 aylıq sosial-iqtisadi inkişafına da yekun vurulmuşdur.
 
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev yığıncağın əvvəlində Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı nitqində əksini tapmış önəmli məsələlər, qarşıda duran hədəflər barədə iştirakçılara ətraflı məlumat vermişdir. 
İlin birinci yarısında ölkə həyatının ən mühüm hadisəsi olan prezident seçkiləri barədə söhbət açan rayon rəhbəri qeyd etmişdir ki, bu siyasi kampaniya respublikamızda olduğu kimi, Füzuli rayonunda da yüksək fəallıq və demokratik şəraitdə keçmişdir. Səsvermənin nəticələri sübut etmişdir ki, xalq hər bir vətəndaşın Prezidenti olan cənab İlham Əliyevi dəstəkləyirlər. 
İştirakçılara təqdim olunan ­hesabatda bildirilmişdir ki, 2018-ci ilin 
I yarımili Füzuli rayonunda da bütün sahələrdə inkişafla, iqtisadi artımla əlamətdar olmuşdur. İlin əvvəlindən rayonda kənd təsərrüftı, sənaye, tikinti-quruculuq, sosial xidmət sahələrində müsbət inkişaf dinamikası davam etdirilmişdir. 
Makroiqtisadi göstəricilər dinamik inkişaf etmiş, ayrı-ayrı sahələr üzrə istehsalın və xidmətin həcmi artmış, əhalinin həyat səviyyəsi yüksəlmişdir.Ümumi məhsul buraxılışının həcmi 86 milyon 401,8 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur. Məhsul buraxılışının əsasını sənaye, kənd təsərrüfatı və xidmət sahələri təşkil etmişdir. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 4 milyon 661,5 min manat investisiya qoyulmuşdur.
Pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin həcmi 23 milyon 783,9 min manat və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz çox olmuşdur. Əmək ehtiyatlarının sayı 88 min 760 nəfər, iqtisadi fəal əhali 57 min nəfər, məşğul əhalinin sayı 56 min nəfərdir. Qeydə alınmış 950 nəfər işsizdən 360 nəfərin məşğulluğu təmin olunmuşdur.
Daha sonra bildirilmişdir ki, bu il başa çatacaq regionların sosial-iqtisadi inkişafı dövlət proqramı ilin birinci yarısında da uğurla icra edilmişdir. Keçən dövrdə rayonda nəzərdə tutulmuş tədbirlərin əksəriyyəti icra olunmuş, digər işlər isə ardıcılıqla yerinə yetirilir. 
Son illər rayonda strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirlir. Artıq yeddinci ildir ki, Füzuli taxıl istehsalına görə respublikanın 100 min tondan artıq taxıl istehsal edən rayonları sırasında öz yerini qoruyub saxlayır. Strateji Yol Xəritəsinə uyğun olaraq, rayonda hər biri 1000 hektar olan 4 iri taxılçılıq təsərrüfatı yaradılmış, 2700 hektar sahə müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsal edən Aqroparkın istifadəsinə verilmişdir. 500 hektar sahədə isə toxumçuluq təsərrüfatı təşkil olunmuşdur. Bu mövsümdə 37 min hektara yaxın sahənin məhsulu çox qısa müddətdə, itkisiz və mütəşəkkil qaydada biçilmiş, sahələrdən 108 min 217 ton məhsul əldə edilmişdir. 
Aqrar rayon olan Füzulidə taxılçılıqla yanaşı, digər sahələrin də inkişafına xüsusi diqqət yetirilir. Bu il Füzuli rayonunda 2,1 min hektarda pambıq əkilmişdir. Baramaçılığın uzun fasilədən sonra bərpa edilməsini əhali müsbət qarşılamış, bu il kümçülər 37,5 tondan artıq barama istehsal etmişlər. Onlar bir aya yaxın müddətdə 340 min manatadək vəsait qazanmışlar. Füzuli rayonu barama istehsalında əldə etdiyi nəticəyə görə respublikada ilk üçlükdə qərarlaşmışdır. 
Cari ildə ilk dəfə Aqroparkın istifadəsinə verilmiş ərazisində 223 hektarda soya, 431,3 hektarda şəkər çuğunduru, 333 hektarda qarğıdalı, 
39 hektarda günəbaxan əkilmişdir. 
Hazırda rayonda 36 min 400 baş iri mal, 137 min 524 baş qoyun və keçi, 370 min baş müxtəlif növ ev quşları bəslənilir. Əhalinin heyvandarlıq və bostan-tərəvəz məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilir və respublika bazarına da çıxarılır. 
Son bir ildə sahibkarlıq fəaliyyəti ilə əlaqədar 12 milyon manatdan artıq investisiya qoyulmuş, rayonda kənd təsərrüfatının, yerli istehsalın inkişafına xidmət göstərən tədbirlər həyata keçirilmiş, özəl sektorun çəkisi artırılmışdır. 
Əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi, qaz, içməli və suvarma suyu ilə təminatı sahəsində müəyyən işlər görülmüş, köhnəlmiş və sıradan çıxmış elektrik naqilləri, qaz və su boruları yeniləri ilə əvəz olunmuş, şor və dren kanalları təmizlənmişdir. Humanitar sahənin də normal işi təmin edilmişdir.
Məruzə ərtafında çıxış edənlər bildirmişlər ki, ciddi uğurlarla yanaşı, qarşıda həlli daha vacib məsələlər də dayanır. 
Qəbuıl edilmiş qərarda göstərilmişdir ki, əhalinin həyat şəraitini daha da yaxşılaşdırmaq, respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan məcburi köçkünlərlə sıx əlaqə saxlamaq, ölkə Prezidentinin fərman və sərəncamlarının yerinə yetirilməsini təmin etməklə, bütövlükdə, rayonun qarşısında dayanan vəzifələr bundan sonra da layiqincə yerinə yetirilməlidir.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında