İsmayıllı gəncləri hərbi xidmətə yola salınıb

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sevil Əhmədova hərbi xidmətə gedən gənclər qarşısında çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə keçirilən hərbi parad Azərbaycan Ordusunun gücünü, qüdrətini, Böyük Qələbəyə yaxın olduğunu nümayiş etdirib: “Əziz gənclər, siz də Vətən qarşısındakı borcunuzu yerinə yetirməyə getməklə zəfərlərə yaxın olan ordumuzun gücünü, qələbə əzmini artıracaqsınız, Sizə yaxşı yol və Qələbə ruhlu xidmət arzulayıram”.
 
Heydər Əliyev adına parkda keçirilən gənclərin hərbi xidmətə yola salınmasına həsr olunmuş təntənəli mərasimi giriş nitqi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi, polkovnik-leytenant Xamis Bədəlov açıb. Zabit ordu sıralarında sıravi əsgər olmağın şərəfindən və məsuliyyətindən, Silahlı Qüvvələrimizin torpaqlarımızı azad etməyə tam hazır olduğundan, İsmayıllı gənclərinin nümunəvi hərbi xidmətindən danışıb.
Dövlət himni səslənib.
İstefada olan polkovnik, rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev, hərbi xidmətə yola düşən Sumqayıt Dövlət Universitetinin əlaçı məzunu ­İsmayıl Faxtiyev, Diyallı kənd tam orta məktəbinin tarix müəllimi, valideyn Məzahir Tapulov və Qarabağ müharibəsi əlili, ehtiyatda olan zabit Kamil Dadaşov ölkənin, ordunun qüdrətindən, Azərbaycandakı sabitlikdən, hərbi xidmətin bir vətəndaşlıq, bir vicdan borcu olduğundan danışıblar. Vurğulanıb ki, 26 iyun 2018-ci il tarixdə – Silahlı Qüvvələrimizin yaradılmasının 100 illiyi günündə keçirilən hərbi parad tək ordumuzun yox, ölkəmizin qüdrətini bir daha dünya miqyasında, beynəlxalq aləmdə nümayiş etdirdi. 
Çağırışçılara yaxşı yol nümunəvi xidmət arzulanıb. Sonda Vətən qarşısında 
xidmətə – ordu sıralarına gedən bir qrup gənc dövlət bayrağı önündən keçib. 
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında