Qaradağ rayonunun sosial-iqtisadi inkişafında uğurlu nəticələr

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqindən irəli gələn vəzifələr Qaradağ Rayon İcra Hakimiyyətində ətraflı müzakirə olunmuşdur.
 
Rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılov çıxış edərək bildirmişdir ki, hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qaradağ rayonuna səfərləri çərçivəsində yanvarın 9-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının, mayın 14-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, mayın 24-də məcburi köçkünlər üçün salınmış "Qobu Park" yaşayış kompleksinin, eyni zamanda, yenidən qurulan Lökbatan-Qobu avtomobil yolunun və mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimlərində iştirak etmişdir.
Bu səfərlər hesabat dövrünün ən mühüm hadisələrindən olmuşdur.
Qaradağ rayonunun sosial-iqtisadi həyatında 2018-ci ilin yanvar-iyun ayları ərzində bir sıra mühüm nəticələr əldə olunmuşdur. Hesabat dövründə sənaye sahəsində 526 milyon 148 min 500 manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. 
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 39 milyon 323 min manat, rabitə müəssisələri tərəfindən isə 125 min manat həcmində xidmət göstərilmişdir. Bu müddətdə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 775 milyon 721 min manatlıq istehlak malları satılmışdır.
Rayonun sosial, iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 152 milyon 793 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,8 faiz çoxdur. 
Tikinti sektorunda bütün maliyyə mənbələri hesabına 69 milyon 62 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir.
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 63 milyon 442 min manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çoxdur.
IDEA İctimai Birliyinin təşkilatçılığı və Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Lökbatan qəsəbəsindəki, İntiqam Nəbiyev küçəsi 37, 41 və Hüseyn Məmmədov küçəsi 9 saylı ünvanda çoxmənzilli yaşayış binalarının fasadları və giriş hissələri tam təmir olunmuş, ərazidə 25 ədəd küçə işıqları, 12 kölgəlik quraşdırılmış, 5000 kvadratmetr yeni yaşıllıq sahəsi və 1200 kvadratmetr asfalt örtüyü salınmışdır.
Layihə çərçivəsində abadlaşdırılan və 2 hektar sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əyləncə qurğuları yerləşdirilmiş, futbol meydançası və idman alətlərindən ibarət kiçik meydança salınmışdır.
Aprel ayının 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmə iməciliyində iştirak etmişdir.
Hesabatda rayon ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, əmək bazarı, mənzil fondunun yaxşılaşdırılması, yaşayış binaları, uşaq baxçasının tikintisi, qəsəbələrdə salınan yeni parklar, nümunəvi məhəllələr, abadlıq, əhalinin elektrik enerjisi, təbii qaz, istilik və içməli su təhcizatı, vətəndaşların qəbulu, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, təbliğ etdirilməsi, qeyri-neft sənayesinin inkişafı və mövcud problemlərin aradan qaldırılması barədə ətraflı məlumat verilmişdir. 
Məruzə ətrafında çıxışlarda dövlət başçısının tapşırıqlarına və tövsiyələrinə əsasən görülən işlər yüksək qiymətləndirilmiş, yığıncaq iştirakçıları rayonda sosial infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyyəsinin azaldılması, sənaye sektorunda sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi və sair məsələlərin həyata keçirilməsini qarşıya məqsəd qoymuşlar. 
 İclasda Milli Məclisin deputatı Aydın Hüseynov iştirak etmişdir.
Afət SADIQOĞLU, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında