Nəsimi rayonu ilin I yarısını uğurla başa vurmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasında qarşıya qoyduğu vəzifələr Nəsimi  Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında ətraflı müzakirə olunmuşdur. Toplantıda ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları təhlil olunmuş, 2018-ci ili uğurlarını təmin edəcək vəzifələr və tədbirlər müəyyənləşdirilmişdir.
 
Şura iclasını giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclası barədə ətraflı məlumat vermişdir. Respublikada əldə olunan uğurların hər bir bölgə kimi, Bakının Nəsimi rayonunun sosial-iqtisadi həyatında da səciyyəvi olduğunu qeyd edən rayon rəhbəri bildirmişdir ki, son illərdə paytaxtın mərkəzi rayonunda aparılan irimiqyaslı yeniləşmə və quruculuq-abadlıq işləri bu ilin I yarısında da yeni layihələrlə və müxtəlif tədbirlərlə davam etdirilmişdir. 
Son illərdə ölkəmizin hərtərəfli inkişafında əldə olunmuş yüksək dinamikaya uyğun olaraq, Nəsimi rayonunda da istehsalın artımında, quruculuq-abadlıq işlərinin genişlənməsində, önəmli sosial layihələrin sürətlə gerçəkləşdirilməsində nəzərəçarpacaq uğurlar qazanılmışdır. Ötən ili bütün sahələrdə ciddi nailiyyətlərlə yola salmış nəsimililər ilin birinci yarısının sosial-iqtisadi göstəricilərini də kəmiyyət və keyfiyyət baxımından yaxşılaşdırmışlar. 
Bu ilin aprelində keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri Nəsimi rayonunun da həyatında önəmli və unudulmaz hadisə olmuş,  ərazidəki seçicilər bu siyasi kampaniyada yüksək fəallıq nümayiş etdirmişlər. Rayon üzrə 96 min 708 seçicidən 66 min 222 nəfəri – 68,48 faizi seçkilərdə iştirak etmiş, onların 85,04 faizi Yeni Azərbaycan Partiyasının sədri və namizədi Əliyev İlham Heydər oğluna səs vermişdir.
Toplantı iştirakçılarının müzakirəsinə verilən hesabatda göstərilmişdir ki, dövlət başçısı İlham Əliyevin Bakı şəhərinin problemlərinin həllini sürətləndirmək, paytaxtın ümumi gözəlliyini və rahatlığını daha da artırmaq yönündə gerçəkləşdirdiyi layihələr, məqsədyönlü quruculuq-abadlıq tədbirlərinin ardıcıl yerinə yetirilməsi, daxili imkan və ehtiyatların kifayət qədər hərəkətə gətirilməsi ötən 6 ayda Nəsimi rayonunda sürətli inkişaf və genişmiqyaslı yeniləşməni təmin etmişdir. Rayonun inkişafına göstərilən daimi dövlət himayəsinin və nəsimililərin qurucu əməyinin nəticəsidir ki, cari ilin birinci yarısında rayonun sosial-iqtisadi  həyatını əks etdirən makroiqtisadi göstəricilər əvvəlki ilin müvafiq dövründəkindən xeyli üstün olmuşdur. Bunu həyatın bütün sahələrində əldə edilmiş nailiyyətləri əks etdirən konkret fakt və rəqəmlər də aydın göstərir.
Hesabatda bildirilmişdir ki, ölkədə sağlam biznes mühitinin formalaşdırılması, əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, rayonda yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin və əhalinin rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrası məsələləri RİH başçısı yanında şuranın geniş iclaslarında müzakirə olunmuş, bu vəzifələrin uğurla həyata keçirilməsi təmin edilmişdir. RİHB aparatı, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, ikili tabelikdə olan yerli strukturlar, müəssisə və təşkilatların rəhbərləri üzərinə düşən vəzifələri ardıcıl yerinə yetirirlər. 
Prezident İlham Əliyevin göstərişinə əsasən, yararsız və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının və obyektlərin sökülərək yenidən inşa edilməsi, əlavə iş yerlərinin açılması ilə bağlı hökumətin qərarının icra olunması işləri də uğurla davam etdirilir. Rayon ərazisində 32 belə layihə razılaşdırılmış, 23 layihə üzrə söküntü-tikinti işləri aparılır. 
Rayon icra hakimiyyəti başçısı aparatında, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi təklifləri, keçirilən qəbullarda ərizə və şikayətlər yüksək həssaslıqla cavablandırılmış, lazımi tədbirlər görülmüşdür.
Müzakirələrdə çıxış edən Mənzil- Kommunal Təsərrüfatı Birliyinin rəisi Elman Yəhyayev, “Fədək” MTK-nın sədri Yavər Qurbanov, sukanal idarəsinin rəisi Vaqif Cəbrayıllı, 20 Yanvar Cəmiyyəti rayon şöbəsinin sədri Tofiq Allahverdiyev və digər çıxış edənlər ayrı-ayrı sahələrdə qazanılmış uğurlarla yanaşı, həllini gözləyən problemlər, nəzərdə tutulan tədbirlər, vətəndaşların müraciətləri ilə bağlı görülən işlərdən söhbət açmışlar.
Toplantıda ölkəmizə düşmən qüvvələrin son günlərdə Gəncə şəhərində törətdiyi dövlətçiliyə qəsd əməlləri qətiyyətlə pislənmiş, təxribatların qarşısının alımması  tədbirləri dəstəklənmiş, cinayətkarların cəzalandırılması tələb olunmuşdur.
R.TAHİR,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında