Terror nəticəsində ölənlərin sayı 132 nəfərə çatıb

Pakistanda terror hadisəsi baş verib. “Anadolu” agentliyinin yaydığı məlumatda qeyd edilir ki, parlament seçkiləri qabağı keçirilən iki mitinqdə törədilmiş partlayış nəticəsində, ümumilikdə, 132 nəfər həlak olmuş, 230-dan çox insan isə yaralanmışdır. 
 
Partlayışlardan biri Bəlucistan əyalətində həyata keçirilib. Burada baş vermiş terror hadisəsi nəticəsində 128 nəfər həlak olmuş, 200-dən çox insan isə yaralanmışdır. Yaralananlarının çoxunun vəziyyətinin ağır olduğu bildirilib. Ölənlər arasında “Bəlucistan Avami” partiyasının lideri Navabzada Siray Raysani də var.
Məlumatda qeyd edilir ki, bu hücum 2014-cü ildə hərbi məktəbə edilən hücumdan sonra ən qanlı terror sayılır.
Partlayışa görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.
Digər partlayış isə ölkənin qərbində yerləşən Heybər-Paxtunxva əyalətinin Bannu şəhərində törədilib. Partlayış nəticəsində 4 nəfər ölüb, azı 31 nəfər yaralanıb.
Partlayış “Müttəhid Məclis-e-Amal” Alyansının lideri Ahram Xan Durraninin tərəfdarlarının mitinq keçirdiyi ərazidə olub. Bildirilir ki, o, iyulun 25-də keçiriləcək parlament seçkilərində namizəd olaraq iştirak edir.
R.ATAKİŞİYEV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında