Ən böyük radioteleskop istifadəyə verilib

Dünyanın ən böyük ­radioteleskopu olan “MeerKAT” istifadəyə verilib. 
 
“Belta”nın yaydığı məlumata görə, radioteleskop Cənubi Afrika Respublikasının Karu səhrasında (Şimali Keyp əyaləti) Karnarvon şəhərciyi yaxınlığında yerləşir. “MeerKAT” 12-18 metr diametrli 64 antenaya malikdir. 
Həmçinin məlumatda qeyd edilir ki, “MeerKAT” dünyada ilk “Square Kilometer Array” (SKA) instrumental astronomik layihəsinin birinci mərhələsidir.
“MeerKAT” radioteleskopunun ümumi dəyəri 2,1 milyard dollara bərabər beynəlxalq “SKA” layihəsində payı 25 faiz təşkil edir. “SKA” konsorsiumuna 10 ölkə daxildir: Kanada, Çin, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, İsveç, CAR, Yeni Zelandiya və Avstraliya.
Bildirilir ki, layihənin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur. Yaradılan konstruksiyanın həssaslığı o qədər yüksəkdir ki, 15 parsek (təxminən 49 işıq ili) məsafədən gələn siqnalı qeydə almağa imkan verəcək. Üç minə yaxın antena superkompüterlər vasitəsilə şəbəkədə birləşərək vahid virtual antena – 1 kvadratkilometr sahəsində “boşqab” yaradacaq.
Qeyd edilir ki, rəsmi açılışda Cənubi Afrika Respublikasının vitse-prezidenti Devid Mabuza iştirak edib.
 
Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında