ABŞ və Rusiya prezidentləri sabah Helsinkidə görüşəcəklər

ABŞ prezidenti Donald Tramp və xanımı Melanya Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşmək üçün bu gün Helsinkiyə gələcək və buradakı “Hilton Kalastajatorppa” otelində dayanacaqlar. Bu barədə məlumatı TASS verib. 
 
“Tramp həyat yoldaşı ilə Finlandiyaya bazar günü yerli vaxtla saat 21-də (Moskva vaxtına uyğundur) gələcək”, – deyə ABŞ mətbuatı bununla bağlı yazıb.
“Hilton Kalastajatorppa” oteli Helsinkinin Munkkiniemi rayonunda dənizin sahilində, mərkəzdən təxminən 15 dəqiqəlik piyada məsafədə yerləşir. Otel indiyədək bir neçə dəfə müxtəlif səviyyəli tədbirlərə ev sahibliyi edib. 2014-cü ildə burada Şimali Avropa, Böyük Britaniya və Baltik ölkələrinin baş nazirləri qitənin şimalında iqtisadi perspektivlərlə bağlı məsələni müzakirə etmək üçün toplaşıblar. Bundan əvvəl, 2012-ci ildə oteldə səkkiz Avropa İttifaqı ölkəsinin prezidenti Yunanıstandakı iqtisadi vəziyyəti və digər məsələləri müzakirə ediblər. Oteldə turistlər və görüş iştirakçıları ilə yanaşı, konfranslar keçirmək üçün ayrıca binalar da var. “Hilton Kalastajatorppa”da ümumilikdə 238 nömrə, 17 danışıq otağı, fin saunası və qızdırılan hovuz var. 
TASS-ın başqa bir məlumatına görə, ABŞ və Rusiya prezidentlərinin Helsinki sammiti mətbuat konfransı ilə birgə üç saat çəkə bilər. Bu sammitin jurnalistlər üçün hazırlanmış proqramından məlum olur. 
Proqrama əsasən, prezidentlər iyulun 16-da yerli vaxtla saat 13-15-də prezident sarayında nahara başlayacaqlar və buradaca təkbətək görüş keçirəcəklər. Qrafikə uyğun olaraq, saat 16-da prezident Putin Finlandiya prezidenti Sauli Niinistö ilə ikitərəfli görüşdə olacaq. 
Xatırladaq ki, ABŞ və Rusiya prezidentləri ilk dəfə 2017-ci il iyulun 7-də Hamburqda İyirmilik Qrupunun sammiti zamanı görüşərək danışıq aparıblar. Həmin ilin noyabrında onlar ATES-in Vyetnamda baş tutmuş sammitində ikitərəfli görüş keçirə bilməsələr də, qısa ünsiyyət saxlamışdılar və Suriya ilə bağlı birgə bəyanatı bəyənmişdilər. Liderlər arasında bir neçə dəfə telefon danışığı da olub. 
 
Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında