Rəcəb Tayyib Ərdoğan İstanbulda kütləvi yürüşdə iştirak edəcək

Dövlət başçısının iştirakı ilə “Şəhidlər körpüsü”ndə möhtəşəm tədbirin keçirilməsi nəzərdə tutulub
“Anadolu” agentliyi xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “15 İyul – Demokratiya və Milli Birlik Günü” ilə əlaqədar İstanbulda təşkil olunan kütləvi yürüşdə iştirakı gözlənilir. Tədbir İstanbulun “Şəhidlər körpüsü” üzərində keçiriləcək. 1540 metr uzunluğu olan bu məşhur asma körpü əvvəllər “Boğaziçi” adlanırdı. 
 
Məlumatda, həmçinin qeyd olunur ki, dövlət başçısı 2016-cı ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınması zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsinə İstanbulda ucaldılan abidəni də ziyarət edəcək. 
Xatırladaq ki, 2016-cı il iyulun 15-dən 16-na keçən gecə Fətullah Gülənin tərəfdarları olan bir qrup hərbçi qardaş ölkədə hakimiyyəti zor gücünə ələ keçirməyə cəhd edib. Qiyamçıların qanunazidd hərəkətləri ölkə rəhbərliyinin və inzibati orqanların əməkdaşlarının, eləcə də sadə, vətənpərvər vətəndaşların qətiyyəti sayəsində alınıb. Ağır qarşıdurmalar zamanı 250 vətəndaş şəhid olub. 
Yeri gəlmişkən, bu il iyulun 18-dən etbarən Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilir. Bu barədə Türkiyə ­prezidentinin mətbuat xidmətinin rəhbəri İbrahim Kalın açıqlama verib. Qeyd edib ki, fövqəladə vəziyyət rejimi aradan qaldırılsa da, terrorla mübarizə mövcud qanunvericilik əsasında qətiyyətlə davam etdiriləcək. İ.Kalın, həmçinin bildirib ki, Türkiyənin milli maraqlarına yeni təhdidlər meydana çıxdığı təqdirdə, ölkədə fövqəladə vəziyyət rejimi bərpa oluna bilər. 
Dünən Ankarada Türkiyə-ABŞ birgə işçi qrupunun iclası keçirilib. Tədbirdə Türkiyənin Ədliyyə, Daxili və Xarici İşlər nazirliklərinin nümayəndələri, eləcə də onların Birləşmiş Ştatlardan olan həmkarları iştirak ediblər. İclasda F.Gülənin başçısı olduğu terrorçu hərəkat ilə mübarizə, iki ölkə arasında hüquqi müstəvidə əməkdaşlığın gücləndirilməsi və s. məsələlər müzakirə olunub. 
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında