Baş əymə, Azərbaycan!

Sosial şəbəkədə qarşıma çıxan hər yazını oxumasam da, Aygün Attar imzası diqqətimi çəkdi... TURKİŞ FORUM-un təqdim etdiyi yazı məndə maraq doğurdu. Aygün xanım Azərbaycan iqtisadiyyatını, Azərbaycan—Türkiyə əməkdaşlığını, həyata keçirilən layihələri elə gözəl təhlil edib ki, heyran qalmaya bilmirsən. Yazının sonunda Gəncədə baş verən iğtişaşa da münasibət bildirib. Həmin hissəni diqqətinizə çatdırmaq istəyirəm.

“Azərbaycan Milli Ordusunun 100 illiyi münasibətilə təşkil edilən paradda Ermənistan tərəfindən  işğala məruz qalan torpaqlarımızın alınması, iqtisadiyyatda, daxili və xarici siyasətdə əldə edilən uğurlar, ümumiyyətlə, bütün sahələrdəki nailiyyətlərlə bağlı  dövlət başçısının çıxışından narahatlıq keçirənlərin əməlləri artıq ortaya çıxır.

Şübhəsiz ki, haqsız hərəkətləri ilə xalqı özlərindən narazı salan məmurlar, az da olsa, var.  Azərbaycan Prezidenti də son müşavirədəki çıxışında bu məsələyə ciddi toxundu və qanunazidd hallara yol verən məmurlara sərt sözlər dedi.

 Gəncədən planlanan oyuna gəncəlilər başda olmaqla bütün Azərbaycan “terrora yox!” cavabını  verdi. Türkiyədə bu terroru həyata keçirə bilməyənlər, geri çəkilmədilər. Şükürlər olsun ki,  bu oyunu Azərbaycanda səhnələşdirmək istəyənlərin niyyəti baş tutmadı.

Azərbaycan tarix boyunca müstəqillik uğrunda çox can verdi, torpaqları üçün çox qan tökdü. Xarici havadarların sifarişi ilə ölkədə iğtişaş törədənlərin niyyəti puça çıxdı. Amma hadisə qansız ötüşmədi.  Dövlətlətçiliyi qorumaq naminə daha iki can qurban verildi.

 Tam yüz il öncə Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu Gəncə şəhərində dövləti təmsil edən polislərə saplanan xəncər-bıçaq, sadəcə iğtişaş vaxtı cinayətkarların hərəkətinə qarşı çıxan və vəzifə borcunu yerinə yetirən iki nəfərə deyil, Azərbaycan Dövlətinə saplanmışdı. Gəncədə qurulan Azərbaycan Milli Dövlətinin Gəncədə yara almasını arzu edənlərin xain niyyətləri açıq-aşkar ortadadır.

Azərbaycan xalqı bu oyunu quranlara inad olaraq dövlətinin yanında daha sıx durdu və onun xəyanətkarlar tərəfindən dağılmasına yol vermədilər.

Cismi uzaqda, qəlbi Azərbaycanda olan biz deyirik:

Vətən, başa çox iş gələr,

Baş əymə, başın sağ olsun.

Biz ölməyə doğuluruq,

Torpağın, daşın sağ olsun.

Allah şəhidlərimizə rəhmət eləsin.

Canımız  Azərbaycana qarışıqlıq salmaq istəyənlərə lənət olsun”.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında