Səfir: FETÖ-yə qarşı həyata keçirilən tədbirlər nəticəsində 180 min nəfər dövlət işlərindən uzaqlaşdırılıb

Türkiyədə 2016-cı il iyulun 15-də hərbi çevrilişə cəhd edən FETÖ terror təşkilatının rəhbərlərindən olan 661 nəfər barəsində müvafiq qərar qəbul edilib, 101 iş üzrə istintaq aparılır. Bundan başqa, FETÖ-yə qarşı həyata keçirilən tədbirlər nəticəsində 180 min nəfər dövlət işlərindən uzaqlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfir bildirib ki, FETÖ terror təşkilatına ağır zərbələr vurulub və ona qarşı mübarizə davam etdiriləcək.

Diplomat qeyd edib ki, Azərbaycan dövləti FETÖ terror təşkilatına qarşı mübarizədə hər zaman Türkiyəni dəstəkləyib. O, buna görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

Səfir əlavə edib ki, Türkiyədə terrora qarşı çox ciddi mübarizə aparılır. E.Özoral bildirib ki, FETÖ ilə mübarizə xarici ölkələrdə də aparılır. Bu məqsədlə bir çox ölkələrdə onların tədris mərkəzləri bağlanılıb.

Diplomat Gəncədə baş verən hadisələrə də münasibət bildirib. O qeyd edib ki, Türkiyə Azərbaycana düşmən olan qüvvələrə qarşıdır. Azərbaycana uzanan əllər qırılmalıdır. Biz Azərbaycanın bu istiqamətdə atacağı bütün addımları dəstəkləyirik. Terrora qarşı aparılan mübarizədə Türkiyə sonadək Azərbaycanın yanında olacaq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında