Mühacir uşaqların saxlanmasına ABŞ təxminən 1 milyard dollar xərcləyib

Strateq.az saytı “Associated Press”-in məlumatına istinad edərək yazır ki, Səhiyyə və İnsan Xidmətləri sığınma evləri, qorunma və ailələrə uşaqlar üçün 2007-ci ildə 74.5 milyon dollar ayırırdısa, indi bu məbləğ 958 milyon dollara yüksəlib. Agentlik həmçinin tələbatın artması ilə əlaqədar Ağ Evdən mühacir uşaqlara dəstək üçün təkliflərin yeni raundu üçün danışıqlar aparmaq niyyətindədir.

Hazırda bir neçə aydan 17 yaşa qədər 11 min 8 yüzdən çox uşaq ABŞ-ın Arizona, Konnektikut, Florida, İllinoys, Kanzas, Merilənd, Miçiqan, Nyu-Cersi, Nyu-York, Oreqon, Texas, Virciniya, Vaşinqton və Pensilvaniya ştatlarının təxminən 90-a yaxın müəssisəsinə yerləşdirilib.

Təşkilatın mövcud imkanları Tramp administrasiyasının 5 yaşdan kiçik olan “həssas yaşlı” uşaqlar üçün nəzərdə tutulan yerləri əhatə edir. Texasdakı üç sığınacaq körpələr və uşaqlar üçün nəzərdə tutulub. Texasın Tornilloda və Floridanın Homsteddəkı çadır sığınacaqları yeniyetmələr üçün nəzərdə tutulub.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında