İlahiyyatçı alimlər Gəncə hadisələrinə dair bəyanat yayıblar

Azərbaycan İlahiyyat İnstitutunun alimləri Gəncədə baş vermiş terror hadisələrinə dair bəyanat yayıblar. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
 
Bəyanatda deyilir: “Radikal qüvvələrin Azərbaycanın dövlətçilik tarixində özünəməxsus yeri olan qədim Gəncə şəhərində törətdikləri terror əməllərini bütün ölkə ictimaiyyəti kimi, ilahiyyatçı alimlər də qətiyyət və nifrətlə qınayır, şəhid polislərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyir. Günahsız yerə insan həyatına qəsd etməyin Allah qatında ən böyük günahlardan olduğu bütün səmavi dinlərin müqəddəs kitablarında öz əksini tapıb. İslam dininin əsas mənbəyi olan müqəddəs “Qurani-Kərim”də günahsız bir insanı öldürən bütün bəşəriyyəti öldürmüş hesab edilir. Peyğəmbərimiz (s), onun Əhli-beyti və səhabələri də bu əməlin ən böyük günahlardan biri olduğunu bildirib. 
Bu baxımdan radikalların öz əməllərini din pərdəsi altında gizləməsi yolverilməz olmaqla yanaşı, dinimizin əsas prinsiplərinə də ziddir. İlahiyyatçı alimlər olaraq inanclı insanları dini duyğuları istismar edən, sabitlik və əmin-amanlıq adası olan ölkəmizi xaosa sürükləmək istəyən belə qruplara qarşı həssas olmağa çağırırıq. Əminik ki, ölkə dindarları radikal qrupların bir çox şərq ölkəsini necə məhv etdiyini yaxşı dərk edir və onların təhriklərinə heç vaxt əhəmiyyət verməyəcəklər”.
İlahiyyatçı alimlər bildirirlər ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən dövlət-din münasibətlərinin Azərbaycan modeli dünyada bu sahədə nümunəvi modellərdən biridir. Din və dövlətin qarşılıqlı əməkdaşlığına əsaslanan bu modeldə dinə, dindarlara və dini dəyərlərə qayğı xüsusi yer tutur. Məhz bu qayğının nəticəsində çox sayda məscid və ziyarətgahlar dövlət vəsaiti hesabına inşa və ya təmir edilir, din xadimləri və dini icmalara maddi yardım göstərilir. Gəncədəki “İmamzadə” kompleksinin milyonlarla vəsait ayrılaraq dövlət hesabına əsaslı təmir edilməsi bunun ən bariz nümunələrindən biridir. 
Bəyanatda deyilir: “Biz ilahiyyatçı alimlər olaraq bütövlükdə Azərbaycan ictimaiyyətini və xüsusən də inanclı insanları ölkədəki stabilliyi pozmağa, dövlət-din münasibətlərinə xələl gətirməyə çalışan destruktiv qüvvələrə qarşı mübarizədə dövlətçiliyimizin yanında olmağa, onlara qarşı öz kəskin mövqelərini bildirməyə çağırırıq”.
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında