Binəli Yıldırım Türkiyənin Dövlət Şərəf Medalı ilə təltif olunub

İyulun  12-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilmiş Binəli Yıldırım Dövlət Şərəf Medalı ilə təltif olunub. Bu barədə “Anadolu” informasiya agentliyi məlumat yayıb.
 
Mənbə qeyd edir ki, bu münasibətlə Ankarada təşkil olunan mərasimdə mükafatı TBMM-in sədrinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.
Rəcəb Tayyib Ərdoğan parlamentin sədri ilə səmimi dostluq münasibətlərindən, Binəli Yıldırımın ölkəsinə və xalqına sədaqətindən, yüksək insani keyfiyyətlərindən danışıb. Dövlət başçısı əminliklə bildirib ki, Baş nazir işlədiyi dövrdə olduğu kimi, Türkiyə Böyük Millət Məclisinin sədriliyi müddətində də Binəli Yıldırım Türkiyə dövləti naminə fəaliyyətini davam etdirəcək.
Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında